Beynəlxalq ictimaiyyət Ermənistanın əsl simasını görməlidir
30 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Rossia-1” telekanalının “60 dəqiqə”proqramında müharibənin niyə başlaması,təxribatın kimin törətdiyi və Azərbaycanın bu müharibədə əsas məqsədi nədir bu və digər suallara kifayət qədər ətraflı,məntiqli və məzmunlu cavablar vermişdir.Prezident qeyd etmişdir ki,27 sentyabr 2020-ci il tarixində səhər saat 06:00-da Ermənistan növbəti təxribata əl atmışdır.Ermənilərin törətdiyi hərbi təxribat nəticəsində Azərbayacanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalmışdır.Bu təcavüz nəticəsində Azərbaycan Respublikasının 11 dinc sakini,o cümlədən 2 uşaq həlak olub,hərbi qulluqçular arasında da həlak olanlar var.Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə öz xalqımızı ,torpaqlarımızı müdafiə etməyə məcbur idi.Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib,həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub.Hal hazırda döyüş əməliyyatları aparılır.
Türkiyənin bu müharibədə iştirak edib,etməməsi sualına ölkə Prezidenti cavab verdi ki,Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır.Türkiyə bizə qardaş ölkə və müttəfiqdir.Ermənistanın Azərbaycana hücum etməsinin dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı cənab Rəcəb Tayip Ərdoğan və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, o cümlədən beynəlxalq hüququ dəstəklədiyini bildirib.Türkiyə mənəvi dəstək göstərir.Və Türkiyənin guya münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şaiyələr təxribat xarakteri daşıyır,feyk-nyusdur.Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur.Azərbaycanın güclü ordusu var.
Azərbaycan bu konfliktin dinc yolla həll olunması məsələsində hər zaman konstruktiv olub.Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər.Bundan başqa son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan edilib ki,Azərbaycan danışıqların formatına sadiqdir.
Bu münaqişənin yalnız iki tərəfi var-Ermənistan və Azərbaycan.Lakin son illər ərzində Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra vəziyyət dəyişib.Belə ki,Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki,”Qarbağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər.Bundan əlavə Ermənistanın baş naziri deyirki,danışıqlar Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparılsın.Beləliklə danışıqların artıq iyirmi ildən bu tərəfə mövcud olan formatını dəyişməyə çalışır.Deməli,Ermənistan bilərəkdən danışıqlar prosesini pozur.Sentyabrın 27-də bundan əvvəl isə 12-də olduğu kimi təxribatlar törədirlər.Azərbaycanın dövlət sərhəddindəki mövqelərimizə hücum ediblər.ATƏT-in Minsk qrupu həmsədrləri Rusiya,Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki,status-kvo qəbul edilməzdir.Bu isə o deməkdir ki,işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır.Prezident İlham Əliyev BMT Baş assambleyasının tribunasından çıxış edərkən demişdir ki,Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır.Ermənistan ərazisində heç bir hərbi hədəfimiz olmayıb və yoxdur.Ermənistan isə açıq-aşkar şəkildə əslən Livandan olan erməniləri Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir,bu da müharibə cinayətidir. Cenevrə Konvensiyasının pozulması deməkdir.Bütün bunlar şüurlu provokasiyalar,Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir.Bu gün Ermənistanda Soros rejimi mövcuddur.Paşinyan çoxlu vədlər verir və bu vədləri yerinə yetirə bilmir.Azərbaycana növbəti dəfə hücum etməzdən iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi.Yəni Paşinyanın diktator,despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir.
Azərbaycanın tam hazırlıqlı, güclü ordusu var.Onun muzdlu döyüşçülərə ehtiyacı yoxdur.Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda dövr edir.Azərbaycanın hazırlıqlı ordusu var,böyük səfərbərlik ehtiyatı var.2 milyonluq əhalisi olan Ermənistana qarşı Azərbaycan 10 milyon əhalisindən on minlərlə ehtiyatda olanları orduya çağırıb.İnsan ehtiyatlarına ehtiyacımız yoxdur.Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qadirdir ki,o,bir daha Azərbaycan tərəfə baxmağa cəsarət etməsin.Bizim işimiz haqq işidir!
Ləman Mikayılova,
Şirvan şəhər Tarix-Diyarşünaslıq muzeyinin baş elmi işçisi