Ali Baş Komandan Beynəlxalq arenada, Azərbaycan əsgəri isə səngərdə ermənini məğlubiyyətə uğradır.
Ermənistanın növbəti hərbi təxribatına Azərbaycan Ordusu əks-həmlə ilə layiqli cavab verməkdədir. İndi işğalçı Ermənistan böyük təşviş içindədir. Azərbaycan bu gün yalnız döyüş meydanında deyil, diplomatik cəbhədə və informasiya müharibəsində də düşmən üzərində böyük üstünlük qazanıb. Prezident İlham Əliyevin Rusiyanın “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibə də bu faktı təsdiqləyir. Ümumiyyətlə, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində, BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışlarında, o cümlədən “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsində Ermənistanın işğalçı siyasətini, baş nazir Nikol Paşinyanın münaqişənin nizamlanmasını daha da alovlandıran müharibə çağırışlarını, həmçinin bu ədalətsizliyə göz yuman beynəlxalq təşkilatları kəskin tənqid etdi. Dövlətimizin başçısının “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsində isə Ermənistanın müharibəyə başladığını, əsas hədəfin dinc əhali olduğunu, beynəlxalq humanizm prinsiplərini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu faktlarla ortaya qoydu. Dövlətimizin başçısının “Rossiya-1” telekanalına verdiyi müsahibə beynəlxalq aləmdə böyük rezonans doğurdu. Artıq dünya ictimaiyyəti də əsl həqiqətdən xəbərdardır və sərhədboyu ərazilərdə təxribatların Ermənistan ordusu tərəfindən törədildiyinə, müharibənin ilk olaraq Ermənistan tərəfindən başlanılmasına əminliklərini ifadə edir. Dövlətimizin başçısı müsahibəsinin əvvəlində müharibənin Ermənistan tərəfindən başlanıldığını bildirdi. Cəbhədəki son vəziyyət barədə məlumat verən dövlətimizin başçısı ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərimizi şiddətli artilleriya atəşinə tutduqlarını dedi. Qeyd etdi ki, biz təcavüzkara adekvat cavab verməyə və öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Artıq dördüncü gündür ki, şiddətli döyüşlər gedir. Bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır.
“Ermənistanın baş nazirinin guya cəbhə bölgəsində türk əsgərlərinin və Türkiyəyə məxsus hərbi texnikanın olması, onların Ermənistan ordusuna qarşı vuruşduqları barədə yalanı dövlətimizin başçısı tərəfindən ifşa olundu. Dövlətimizin başçısı bu məsələ ilə əlaqədar aparıcının sualını cavablandırarkən dedi ki, Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. Bununla da izləyicilər Nikol Paşinyanın siyasi riyakar, böhtançı, yalançı olduğuna bir daha əmin oldular. Ümumiyyətlə, Paşinyanın ölkəyə rəhbərliyi dövründə bütün beynəlxalq tədbirlərdə yalan danışdığı, siyasi riyakarlığı artıq dünya ictimaiyyətinə də bəllidir. Budəfəki proqramda da onun suallara dili dolaşa-dolaşa cavab verməsi, sözləri düzgün tələffüz edə bilməməsi, suallar qarşısında aciz qalması yalançı və riyakar olmasından irəli gəlirdi. Bir sözlə, Paşinyan Azərbaycan Prezidentinin qarşısında yenə də aciz duruma düşdü”.
Erməni baş nazirin növbəti dəfə Azərbaycanı günahlandıraraq guya Suriyadan hərbiçilərin gətirildiyini deməsi onun necə aciz biri olduğunu bir daha sübut etdi. Cənab İlham Əliyev isə bu böhtana qarşı qeyd etdi ki, bu növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən qismən səfərbərlik elan edilib. 2 milyon əhalisi olan Ermənistana qarşı Azərbaycan 10 milyon əhalisindən 10 minlərlə ehtiyatda olanları orduya çağırır, insan ehtiyatlarına ehtiyacımız yoxdur. Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qadirdir ki, o, bir daha Azərbaycan tərəfə baxmağa cəsarət etməsin. Bəli, cənab Ali Baş Komandan. Hər bir Azərbaycan gənci Sizin ətrafınızda sıx birləşib, əmrinizə hazırıq, döyüşürük və sonadək döyüşəcəyik. Bundan sonra ermənilərin bizim tarixi torpaqlarda yaşaması yolverilməzdir. Ya hamımız ölməli, ya da bütün torpaqlarımızı azad etməliyik. Bizim ordumuz buna qadirdir. Biz buna inanırıq və Biz birlikdə güclüyük.
Əfqan Həsənov – Şirvan Gənclər Evinin direktoru