Pakistan qardaş Azərbaycan xalqının yanındadır və Azərbaycanın özünümüdafiə hüququnu dəstəkləyir
Ermənistan –Azərbaycan müharibəsi başlanan gündən dünya ölkələri bu hadisəyə öz mövqelərini bildiriblər.Amma elə ölkələr də var ki,susmağı üstün tutublar.Bildiyiniz kimi Dağlıq Qarabağ məsələsinə o cümlədən bu ilin 27 setyabr tarixində başlanan müharibəyə bir neçə ölkələr aydın,qəti mövqelərini bildirmişlər.Bu dövlətlərin sırasında bizə qardaş olan Pakistan dövlətidir.1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Pakistan olmuşdur.Pakistan o dövlətdir ki,işğalçı Ermənistan Respublikasını bu günə kimi tanımır.Bu iki dövlətin bir-birinə olan qardaşlıq münasibəti bir daha 30 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistanın Azərbycana yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbulu mərasimindəki çıxışında öz əksini tapmışdır.Qəbul zamanı ölkə Prezidenti Pakistanın Azərbaycana Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli ilə bağlı davamlı dəstəyinə görə minnətdarlığını bildirdi.Ölkə Prezidenti qeyd etdiki,Pakistanın yanımızda olmasını həmişə hiss edirik.Qeyd etmək lazımdır ki,Pakistanın xarici işlər Naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verib. Bu bəyanat Azərbaycanın haqq işini tam dəstəkləyir.
Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı.Bu da onların işğalçı siyasətinin davamıdır.Keçən ay Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik.İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki,Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhəddində kəndləri və hərbi mövqeləri atəşə tutan Ermənistan olub.Bunun qarşısında Azərbaycan ordusu cavab tədbiri görməli idi.Və onlara adekvat cavab verildi.Azərbaycan ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu etdiklərindən peşmançılıq keçirmək məcuburiyyətində qaldı.Azərbaycan Ordusu öz torpağında döyüşür,Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanıyır.Paşinyanın diktator rejimi regionda sülh və sabitliyə ciddi təhlükə yaradır.Ermənistanın diktator rejimi dayandırmalıdır,ikili standart yolverilməzdir.Azərbaycan marionet rejimi ilə heç vaxt danışıqlar aparmayacaq.Pakistanın Azərbaycana verdiyi dəstək çox əhəmiyyətlidir.Azərbaycan əməkdaşlığının bütün illəri boyunca bu dəstəyi hiss edir. Bu mühüm məqamda Azərbaycanın yanında kimin durması aydın görünür.Bu gün yanımızda olanlar öz mövqelərini açıq ifadə edən ölkələrdir-qardaş Türkiyə,qardaş Pakistan.Cənab İlham Əliyev öz tərəfindən qeyd etdiki,Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir.Bu qarşılıqlı dəstək iki ölkənin əməkdaşlığının qarşlıqlı xüsusiyyətini əks etdirir.İki tərəfli əlaqələrdə siyasi sahədən əlavə iqtisadi məsələlələr üzərində diqqət cəmləşdirməldir.Qarşlıqlı ticarəti stimullaşdırmaq və investiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur.Cənab İlham Əliyev qeyd etdi ki,Azərbayacanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq.Türkiyə Prezidenti,Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o,bir neçə dəfə açıq şəkildə bəyanat verib ki,Türkiyə Azərbaycanın yanındadır.Azərbaycan kimin kim olduğunu ,kimin yanında möhkəm dayandığını görür və bunu heç vaxt unutmayacaq.Cənab Prezident vurğuladı ki,indi həqiqət anıdır.Bizim işimiz haqq işidir! Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!
İltifat Nəbiyev,
Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru