Birliyimiz qürurumuzdur!
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! Uzun illərdir ki,Azərbaycan torpaqları erməni işğalçılarının hücümüna məruz qalmışdır.Tarixi vərəqləsək bu mənfur düşmənin hər zaman torpaqlarımızda gözü olduğunu və bu niyyətlərinin həyata keçməsi üçün hər bir yola əl atdıqlarını görmək olar.
Dövlətimiz hər zaman öz torpaqlarının qorunması və ərazi bütövlüyünün saxlanılması yolunda saysız addımlar atmışdır.Ərazilərimizin erməni qəsbkarları tərəfindən işğal olunduğu gündən bu vaxta qədər torpaqlarımızın işğaldan azad olunması istiqamətində bir çox tədbirlər görülüb.Dövlət başçısı Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət,apardığı danışıqlar,gördüyü tədbirlər hər zaman xalqımızın mənafeyinin müdafiə olunmasına xidmət edib.Bu danılmaz faktdır!
Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni təxribata başladı.Bu gözlənilməz hal deyildi.Artıq mənfur düşmənin bu hərəkətləri adət halını almışdır.Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı bütün infrastrukturun dağılmasına gətirib çıxarıb.Ermənistanın islamfobiya ,Azərbaycanfobiya siyasəti bu xəyanətkar dövlətin əsas ideologiyasına çevrilib və məqsədli hal almışdır.Hər bir halda bu qəsbkarlıq siyasətinin qarşısı alınmalı və düşmən lazımi səviyyədə susdurulmalı idi.Dövlətimizin ərazi bütövlüyünün qorunması və saxlanılması hər bir zaman xalqımızın və Ali Baş Komandan İlham Əliyevin əsas amalı omuşdur.Artıq Beynəlxaq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.Azərbaycan hər bir zaman regionda sülhün bərqərar olunması tərədarı olmuşdur.Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir.Təəssüflər olsun ki,beynəlxalq təşkilatlar və bir çox mənfur düşmənlər Paşinyan rejminin bütün hərəkətlərinə göz yumur.Amma bu halda belə xalqımızın və dövlətimizin yanında olan və öz dəstəyini bildirən dövlətlətlər var.Bu dəstəyi dövlətimiz hər bir zaman hiss etmişdir və müsbət qiymətləndirmişdir.Xalqımızın bu çətin anlarında yanımızda olan dövlətlərin dəstəyi özünü hər bir sahədə göstərmişdir.Dövlətimizə verilən dəstək xalqımız üçün əhəmiyyətlidir.Bu mühüm məqamda Azərbaycanın yanında kimin durması aydın görünür.Bu çətin şəraitdə və dövlətimizin müharibə dövrünü yaşadığı vaxtda yanımızda olan və öz mövqeyini açıq şəkildə ifadə edən ölkələr-qardaş Türkiyə və qardaş Pakistan dövlətidir.
Türkiyə Prezidenti, Ermənistan–Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib. Hər bir zaman haqqın tərəfdarı olduğunu hər addımıyla nümayiş etdirib.Türkiyə hər bir zaman Azərbaycanın yanında olub.Azərbaycan xalqının tək olmadığını hər zaman vurğulamışdır.”Bir millət,iki dövlət”prinsipini Azərbaycan və Türkiyə dövləti hər zaman qorumuşdur.
Eyni zamanda bu çətin günlərdə dövlətimizə dayaq və dəstəyini göstərən dövlətlərdən biri Pakistandır. Yanımızda olaraq öz qəti mövqeyini göstərən Pakistan dövlətinin bu addımını xalqımız və dövlət başçımız yüksək qiymətləndirir.Hər iki dövlətin diqqət və qayğısını alqışlayırıq.
Artıq həqiqət anıdır.Kimin haqlı,kimin haqsız olduğunu zaman göstərəcək.Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi “Biz öz dövlətimizdə vuruşuruq”.Qələbə bizimlədir!Tezliklə zəfər zəngi çalınacaq.Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edəcək.Azərbaycan dövləti bu çətin anda kimin yanında dayandığını,kimin üz çevirdiyini,kimin kim olduğunun heç bir zaman unutmayacaq!
Pərvanə Babayeva,
Şirvan şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı