Şriftin ölçüsü :

Saytın rəngi :

Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və tarixi ədalət zəfər çalacaq

03 oktyabr 2020 | 16:00

Xalqımız 30 ilə yaxın müddətdə davam edən Ermənistanın ölkəmizə qarşı təcavüzü və işğalçılıq siyasətinə artıq son vermək, tarixi ədaləti bərpa etmək uğrunda Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşmişdir. İşğalçı Ermənistanın bu ilin iyun ayından cəbhə boyu ərzailərimizi, dinc mülki əhalini, yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində əhaliyə xeyli ciddi ziyan dəydi. Lakin Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə düşmənə unutmayacağı tarixi bir dərs verdi və Aprel döyüşlərini onlara bir daha xatırlatdı. İyul təxribatı düşmənin müharibəyə hazırlığından xəbər verirdi. Artıq Ermənistan sentyabrın 27-də  daha böyük təxribatla Azərbaycana qarşı açıq təcavüzkar mövqe nümayiş etdirdi. Ermənistanın müharibəyə hazırlaşması ilə bağlı Cənab Prezident İlham Əliyev bütün görüş və bəyanatlarında hətta BMT-nin ali kürsüsündən bütün dünya ictimaiyyətinə məlumat verərək bildirdi ki, “Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır”. Bütün bunlara məhəl qoymayan Ermənistanın xunta rejimi öz təxribat və təcavüzkar addımlarını davam etdirdi. Bu zaman müharibəyə hazırlaşan düşmənlə elə onun öz dilində danışmaq zərurəti ortaya çıxdı. Azərbaycanın Şanlı Ordusu düşmən təcavüzünə qarşı əks hücum əməliyyatına başladı. Şanlı müzəffər ordumuz qısa zamanda düşmənin bütün mövqelərini sarsıdıcı zərbələrlə darmadağın etdi və düşməni öz mövqelərindən geri çəkilməyə məcbur etdi. Bəli bu bir ədalət savaşıdır. Azərbaycan xalqı özgə torpaqları uğrunda deyil, məhz öz doğma torpaqlarının azadlığı uğrunda mübarizə aparır. Bu xalqımızın haqq işidir. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Odur ki, böyük ruh yüksəkliyi ilə minlərlə əli silah tutan vətən oğulları cəbhəyə getmək üçün könüllü ordu sıralarına yazılırlar. Bu xalqın torpaqlarımızın azadlığı uğrunnda birliyinin, həmrəyliyinin göstəricidir. Vətən uğrunda gedən döyüşlərdə yaralanan əsgər və zabitlərlə şəxsən görüşən Ali Baş Komandan İlham Əliyev bir məqama diqqət çəkərək bildirdi ki, “Azərbaycan əsgəri öz doğma torpağında vuruşur və haqq yolunda yaralanır. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır”. Bəli bu bir daha Azərbaycan əsgərinə verilən böyük dəyərdən xəbər verir. Yaralanan əsgərlər ilə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir.
   İnanıram ki, bu gedişlə Azərbaycanımızın mərd oğulları sayəsində bütün işğal altında olan torpaqlarımız yenidən bizim olacaq.


Aslan Aslanov,
Şirvan şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi

Keçidlər