Şriftin ölçüsü :

Saytın rəngi :

Vasitəçilik missiyasına tərəfli yanaşan Fransa Prezidentinin bəyanatı beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur.

03 oktyabr 2020 | 16:00

Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair münaqişənin hazırki durumu ilə bağlı verdiyi bəyənat Minsk qrupunun vasitəçilik missiyasında həmsədr ölkə kimi qərəzli yanaşmasını ifadə etdi. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına dair danışıqlar prosesini öz üzərinə götürən həmsədr ölkələrdən biri kimi Fransa dövlətinin başçısı Makronun əslində tərəfsiz olaraq obyektivlikdən çıxış etməli olduğu halda beynəlxalq təhlükəsizliyə təhdid yaradan qərəzli mövqe tutmasına Fransanın işğalçının yanında olduğunu ifadə etmiş oldu. İşğalçı ilə işğala məruz qalan arasında fərqli münasibətin meyarını itirməyin beynəlxalq hüquq norma və prinsiplərinə açıqca hörmətsizlik olduğu məsuliyyətinin dərk edilməsini nəzərə almamışdır. Mühüm məqam odur ki, əslində münaqişə gərgin fazaya məhz Fransa da daxil olmaqla vasitəçilik missiyasını yerinə yetirməyi öhdəsinə götürmüş, həmsədr ölkələrin fəaliyyətsizliyi nəticəsində daxil olmuşdur. Üstəlik Fransanın Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyanı yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq” deyə bəyanat verməsi yalnız Ermənistanı terrorizm dövlət olaraq mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir. Bununla da Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçilik reputasiyasını tamamilə itirmişdir.
   Makronun daha qərəzli bəyanatı isə Latviyanın paytaxtı Riqada səsləndirdiyi “Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyanat Azərbaycan üzərindən məsuliyyəti götürür və şimali Qarabağı (dediyi kimi) yenidən fəth etməyə imkan verir” deməsi ilə onun nəinki ədalətli vasitəçi həm də münaqişənin detalları və tarixi haqqında təmamilə absurd fikirlərə kökləndiyi məlum olur. Bütün bu qərəzli yanaşmaların qarşısında Azərbaycan Prezidentinin  - Ali Baş Komandan İlham Əliyevin xalqın mövqeyini ifadə edən yeganə şərti “İşğalçı Azərbaycan torpaqlarını qeyd-şərtsiz  tərk etməlidir” qoyulmalıdır.  Çünki Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır. Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır.  Bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur.       Digər tərəfdən Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Vyetnamda, Cibutidə, ÇAD dövlətində, Qabonda, Tunisdə törətdiyi soyqırımlar bu dövlətin obyektivlikdən kənar mövqeyinin ənənəsindən xəbər verir.
Beləliklə :
1.Fransa bu missiyanı tərəfsiz olaraq yerinə yetirib yetirməməsi haqqında xüsusi açıqlama verməlidir.
2. Fransanın 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoymaq və Fransanın Minsk qrupundan çıxarılması müzakirə edilməlidir.
3.Makrona məsləhət görürük ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyənatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratlarını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya”  nümunəsini göstərsin.

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva

Keçidlər