Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər sakinləri minnətdarlıq edir.

05 oktyabr 2020 | 16:00

Karantin rejiminin yumşaldılmasına baxmayaraq Şirvan şəhərində koronavirus infeksiyası əleyhinə maarifləndirmə xarakterli reydlər davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə 03 oktyabr 2020-ci il tarixdə şəhər ərazisində fəaliyyət göstərən 82 ictimai-iaşə obyektində reydlər keçirilib. Reydlərdə Şirvan şəhər İcra Hakmiyyətinin məsul işçiləri, şəhər Polis Şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyinin və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları iştirak edib. Keçirilən reydlər zamanı 8 ictimai iaşə, 62 ticarət, 7 bərəbərxana və gözəllik salonu, 5 digər xidmət obyektlərinə nəzarət edilib. Sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanılıb, satıcı və alıcılarla, habelə sahibkarlarla profilaktik söhbətlər, izahetmə-xəbərdarlıq işləri aparılıb. Reyd zamanı ictimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə də müvafiq söhbətlər edilib. Onlara gigiyenik vasitələrdən və tibbi maskalardan istifadənin, sosial məsafənin gözlənilməsinin zəruriliyi, qaydalara riayət olunmasının vacibliyi bir daha xatırladılıb. Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyası ilə mübarizədə görülmüş işlərin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır. Bu səbəbdən də kimliyindən, sosial statusundan, yaşından və vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş bu məsələdə məsuliyyətli olmalı, infeksiyaya qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməlidir.
   Sakinlər də öz növbəsində COVİD-19 infeksiyasının şəhər ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən razı qaldıqlarını bildiriblər. Koronavirusla mübarizədə qabaqlayıcı və təxirəsalınmaz tədbirlərin görülməsini daim diqqətdə və nəzarətdə saxlayan Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini ifadə ediblər.
   Xüsusi karantin rejimi ilə əlaqədar koronaviris infeksiyasının yayılmasının qarşısının alınması və profilaktik tədbirlərə əməl olunması məqsədi ilə Şirvan şəhərində keçirilən reydlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər