Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın haqlı mövqeyi bütün beynəlxalq birlik tərəfindən birmənalı olaraq dəstəklənir.

06 oktyabr 2020 | 16:00

Beynəlxalq  aləmdə  tanınmış  telekanallardan  biri  olan  “Əl-Cəzirə” kanalına  ölkə  Prezidenti  cənab  İlham  Əliyevin  verdiyi  müsahibə  ermənilərin  tarix  boyu  bəşəriyyətə  söylədiyi  yalanların  ifşası  baxımından  çox  əhəmiyyətlidir. Bu  müsahibə  xalqımızın  yüz  illərlə  ürəyində  gəzdirdiyi  fikirlərin  dünya  ictimaiyyətinə   çatdırılması  idi.
    İşğalçı Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə qarşı başda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olmaqla dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarları təəssüf ki, icra edilmir. Bu  Azərbaycana qarşı həyata keçirilən ikili standartlar və eləcə də işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyindən xəbər verir. Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən  beynəlxalq təşkilatların qətnamə və qərarlarına  əhəmiyyət vermədən öz işğalçılıq siyasətini davam etdirir. Münaqişənin sülh yolu ilə həll edilməsi missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupu 28 ildir fəaliyyət göstərsə də vasitəçilər tərəfindən işğalçı Ermənistana təkid və təzyiqlərin göstərilməməsi nəticəsində münaqişənin həllində heç bir irəliləyişə nail olunmamışdır. Ermənistanın münaqişənin həllində qeyri-konstruktiv mövqeyi onun beynəlxalq hüquqa əhəmiyyət vermədiyini bir daha nümayiş etdirir. Danışıqlar prosesini pozmağa çalışmaqla Ermənistan bu prosesdən yayınmağa cəhd edir. Bu ilin iyulunda Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycanın sərhədyanı bölgələrini, dinc əhalini və yaşayış məntəqələrini intensiv atəşə tutması bir daha göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həll edilməsində maraqlı deyil və status-kvonun saxlanılmasına çalışır. Status-kvonun  saxlanılması isə indiki şəraitdə mümkün deyil. Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsi artıq o deməkdir ki, işğalçı ilə danışıqların aparılması mənasızdır. Azərbaycanın öz torpaqlarının azad edilməsi üçün alternativ yola – müharibəyə əl atması artıq tarixi zərurətə çevrilmişdir. Azərbaycan öz tarixi torpaqları uğrunda mübarizə aparır. Bu Azərbaycanın haqq işidir. Ölkəmizin haqlı mövqeyi bütün beynəlxalq birlik tərəfindən qəbul edilir. Azərbaycanın tələb etdikləri tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Hərbi əməliyyatlara başlayan Azərbaycan tərəfi olmayıb. Azərbaycan özünü müdafiə etməli idi. Əgər Azərbaycan bu dəfə etdiyi kimi cavab verməsəydi, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Hələ də itkilərimiz çoxdur. Mülki şəxslər arasında 19 itkimiz var, onlardan   2-si uşaqdır. Mülki insanlar arasında 54 yaralı var. Ermənilərin artilleriya hücumu nəticəsində 300-dən çox evə ziyan dəyib və ya tamamilə dağılıb. Bu Ermənistanın işğalçı, qəsbkar mövqeyinin daha bir bariz nümunəsidir.


Güllü Rzayeva
9 nömrəli tam orta məktəbin direktoru

Keçidlər