Qarabağ Azərbaycandır! Ali Baş Komandan İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 02 oktyabr 2020-ci il tarixdə Əl-Cəzirə kanalına geniş müsahibə verib. Jurnalistin suallarını cavablandıran Ali Baş komandan Dağlıq Qarabağ münaqişəsinin artıq 30 ildir davam etdiyini və münaqişənin bu qədər uzanmasının səbəbinin məhz Ermənistan rəhbərliyinin qeyri konstruktiv siyasətinin nəticəsi olduğunu bildirdi. Bəli, 30 ildir 1 milyondan artıq Azərbaycan vətəndaşı öz doğma yurd-yuvalarından didərgin düşüb. Onlar ölkəmizin ən gözəl güşələrini illərdir istismar ediblər, təbii sərvətlərimizi, tarixi abidələrimizi talan ediblər. 1995-ci ildən dövlətimiz münaqişənin sülh yolu ilə həllinə çalışsaqda, Ermənistan höküməti bununla razılaşmadı, danışıqlar prosesini uzatdı və biz dövlət və xalq olaraq anladıq ki, sülh olmayacaq, Ermənistan müharibə istəyir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Müsahibə zamanı Beynəlxalq təşkilatların da Ermənistana lazımi təzyiq göstərməməsini qeyd edən Ali Baş Komandan bildirdi ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır. Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir.
Təbii ki, son illərdə Ermənistan tərəfindən Azərbaycana qarşı olan təxribatlar 2016, 2018 və 2020-ci illərdəki hadisələr unudulmur, bu təxribatların əsas məqsədi danışıqlar prosesini tamamilə pozmaq idi. Düşünürəm ki, artıq danışıqlara ehtiyac da qalmayıb. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında öz torpaqlarını azad etməyə hazırdır. Bütün xalqımız, Silahlı Qüvvələrimiz səfərbər olub. Bundan sonra Ermənistanla danışıqlar prosesinin olması mümkünsüz görünür.
Cənab Prezidentin müsahibəsinə bir daha diqqət yetirsək görərik ki, cənab Prezident Beynəlxalq hüququ daha yaxşı bilir və erməni baş nazirdən fərqli olaraq beynəlxalq hüququn qaydalarına düzgün yanaşma mövqeyi tutur. Müsahibədə qeyd etdiyi kimi - öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. Lakin BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti var. Qarabağ Azərbaycan torpağıdır. Onu geri almışıq, onu güc yolu ilə geri qaytarmışıq, onları itkilər verərək geri qaytarmışıq, heç vaxt bundan geri dönməyəcəyik. Orada yaşayacağıq.
Sentyabr ayından başlayan Erməni təxribatına qarşı Azərbaycanın əks əməliyyatı zamanı qardaş Türkiyə və Pakistan dövləti bizə əsl dəstəyini, qardaşlıq nümunəsinin göstərdi. Lakin bu o demək deyil ki, Türkiyə bu münaqişəyə cəlb olunub. Türkiyə və Pakistan türk və müsəlman dövləti olaraq mənəvi dəstəyini əsirgəməyiblər. Çünki Azərbaycanın başqa hər hansı ölkənin ordusuna ehtiyacı yoxdur. Bugün Azərbaycanın Silahlı Qüvvələrində onminlərlə zabit, əsgər heyəti və yüzminlərlə o əsgərlərlə eyni sərgərdə olmaq istəyən gəncləri, ehiyatda olan əsgər və zabitləri var. Son bir həftə ərzində könüllü ön cəbhəyə gedənlər onminlələdir. Biz haqqımız olan tarixi torpaqlarımız, Qarabağımız uğrunda vuruşuruq. Cənab Ali Baş Komandanın rəhbərliyi altında bütün Azərbaycan xalqı bir əsgərdir və biz var gücümüzlə vuruşub erməniləri torpaqlarımızdan təmizləyəcək və öz doğma torpaqlarımızda yaşayacayıq. Yaşasın Ali Baş Komandan İlham Əliyev. Yaşasın Azərbaycan əsgəri. Qarabağ AzərbayCANdır.
Əfqan Həsənov,
Şirvan Gənclər Evinin direktoru