Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan – İlham Əliyevdir!

06 oktyabr 2020 | 16:00

Azərbaycanın illərdən bəri davam etdirdiyi sülh danışıqları heç bir nəticə vermədi, əksinə, terrorçu Ermənistan dövlətinin faşist hərbi-siyasi rəhbərliyi, onlara havadarlıq edən bəzi dövlətlər elə güman etdilər ki, işğal müddətini uzatmaqla Azərbaycanın suveren ərazilərini həmişəlik işğal altında saxlayacaqlar. Lakin onların bu arzuları baş tutmadı. Sentyabrın 27-dən başlayaraq onlar Azərbaycan Prezidentinin siyasi, Azərbaycan ordusunun hərbi və Azərbaycan xalqının milli iradəsi ilə üz-üzə qaldılar. Azərbaycan bütün strukturları ilə yumruq kimi birləşərək Qarabağdakı işğalçıların üzərinə endi, cənab Prezidentimiz demişkən, bu gün düşməni torpaqlarımızdan “iti qovan kimi qovuruq”. Bundan sonra kimlərin nə deməsindən asılı olmayaraq, işğal olunmuş ərazilərimizin azad olunması davam edəcək. Ali Baş Komandan dünən də çıxışında çox cəsarətli, qətiyyətli bir mövqe ortaya qoydu. Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin dünən Azərbaycan xalqına müraciət çıxışından sonra xalqımız yenidən doğuldu, yeni güc yığdı. Bu gün düşmənin hay-küy salması, beynəlxalq birlikdə özünə dəstək axtarmaq üçün müxtəlif üsullardan, manevrlərdən istifadə etməsinə baxmayaraq, bizim əzmimiz möhkəmdir. Azərbaycan Silahlı Qüvvələri Qarabağda böyük rəşadətlə vuruşur. Artıq bir həftədir ki, biz əks-həmlə hücumlarına başlamışıq. Amma bu müddət ərzində düşünürəm ki, Azərbaycan Ordusunun böyük uğurları olub. İlk növbədə xalqımız böyük sevinc içindədir və cəmiyyətimizdə böyük qələbə ruhu var. Azad olunmuş ərazilərimizə sancılan həmin o bayraqlar bu gün Azərbaycan vətəndaşının ürəyindən xəbər verir və qəlbini sevinclə doldurub. Ümumiyyətlə, cəmiyyətimiz qələbəyə köklənib və mübarizəmiz sona qədər də davam edəcək. Dağlıq Qarabağ məsələsi bizim bir nömrəli məsələmizdir. Xarici siyasət kursumuzda da bu məsələ hər zaman ön planda dayanıb. Cənab Prezidentin bütün çıxışlarının, beynəlxalq təşkilatlardakı iştirakının, ən yüksək səviyyəli görüşlərinin əsas motivini Dağlıq Qarabağ və onun ətrafındakı hadisələr təşkil edib. Gəlin birmənalı şəkildə deyək ki, bu gün beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Yəni elə bir təşkilat, elə bir ölkə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləməsin. Bu, o deməkdir ki, işğalçı Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxarılmalıdır. Ermənistanın özünə yeni havadarlar axtarışına gəlincə isə, bu, gözlənilən idi. Çünki işğalçı Ermənistan hər zaman ədalətsiz mövqedə olan bir ölkə olub və digər ölkənin ərazilərini işğal edib.
   Azərbaycan xalqı bir daha əmin oldu ki, onun Azərbaycan xalqı, Azərbaycan dövləti və hər qarış Vətən torpağı naminə, lazım gəlsə, bütün dünyanı qarşısına ala biləcək siyasi iradəyə malik bir Lideri var. Xalqımız və dövlətimiz məhz belə bir Lideri haqq edir! Bu gün düşməni siçan dəliyinə soxmağa qadir qüdrətli Ordumuz var. Azərbaycan xalqı və Azərbaycan Prezidenti belə bir Ordunu haqq edir. Bu gün Qarabağ – Azərbaycandır! Bu gün Azərbaycan – İlham Əliyevdir!

Rafel Nəsirov,
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyanın məsul katibi

Keçidlər