Tarixi ədalət bərpa olunur.
“Xalqımızın haqqı bərpa olunacaqdır. Xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Xalqımız mütləq zəfər çalacaq. “ Bu sitat Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin 04 oktyabr 2020-ci il tarixdə Azərbaycanın tarixinə şərəflə yazılacaq və xalqımızı torpaqlarımızın azadlığı uğrunda gedən bu müharibədə haqlı və dönməz olduğunu beynəlxalq ictimaiyyətə bəyan edən və xalqımızı qələbəyə ümidləndirən tarixi müraciətindəndir.
Tarix boyu Azərbaycan ərazi bütövlüyü uğrunda bir çox dövlətlərlə üz üzə gəlmək məcburiyyətində qalıb.Eramızdan öncəki yüzilliklərdən XIX əsrin I yarısına qədərki tarixi dövrə nəzər salsaq həmişə döyüş meydanlarına cəlb olunmuşuq.Tarix bir çox sərkərdələr ,dövlət başçıları yetişdirib.Biz bunları tarixi salnamələrdən, çəkilmiş filmlərdən, yazılan ədəbiyyatlardan görmüşük , tanımışıq.Amma bu gün bizim gözümüz qarşısında tarix yazılır , tarixi sərkərdə , xilaskar yetişib və biz bunu Ali Baş Komandanın simasında istər hakimiyyətdə olduğu dövr ərzində xalqımızın rifah halının yüksəldilməsi , istərsədə dövlətimizi beynəlxalq sferada tanıtdırılması , ümumilikdə iqtisadi, siyasi , mədəni sahədə atdığı addımlarda , imzasını qoyduğu layihə və yürütdüyü platformada gördük.
27 sentyabr tarixindən etibarən daima təcavüzkar siyasət yeridən, uydurduğu “Qarabağ Ermənistanındır” yalanına özünü və xalqını inandırmağa çalışan , xalqının küçədə sopası altından çıxıb qan içində hakimiyyətə gələn psixoz paşinyanın başlatdığı müharibədə qarşı tərəfə qarşı atdığı tam düzgün, ədalətli, düşünülmüş və adekvat cavab verən Cənab Ali Baş Komandanın “İrəli” əmri , artıq xalqımızın aşıb daşan torpaqlarımızı azad etmək istəyinin bariz nümunəsi idi.Xalqımız 1994-cü ildən imzalanmasına baxmayaraq atəşkəs rejiminin qarşı tərəfdən illərlə və dəfələrlə pozulmasına, dünya dövlətlərinin bir çoxunun hətta beynəlxalq təşkilatların , susaraq izləməsinə biganə qala bilməzdi.
Ali Baş Komandan demişkən” Nə vaxta qədər, nəyə görə və kimə görə?”
Türk xalqı məğrurdur, qürurludur, səbrlidir, uzaqgörəndir, amma bu o demək deyilki, bağışlayandır, qəbul edəndir, razılaşandır.Tarixdə türk adı gələndə lərzəyə düşən sərkərdələr , tarixi şəxsiyyətlər olub, fatehlər olub.Erməni şərəfsiz kimdir ki, min illər tarixi soy kökü olan azəri xalqı onun silahı qarşısında aciz qalsın , qorxsun, çəkinsin.Axı tarixdə erməni adı özü hələ sonrakı dövrlərdə peyda olub. Rusiya Elmlər Akademiyasının müxbir üzvü Anatoli Petroviç Novoseltsev və Z. İ. Yampolski hesab edir ki, erkən orta əsrlərdə (III-VII əsrlər) indiki Ermənistanın böyük hissəsi Qafqaz Albaniyasına aid olmuşdur.XIX əsrə qədər qonşu dövlətlərdən “ qopardılan” və xüsusilə çarizm tərəfindən Türkmənçay müqaviləsi və sonrakı dövrdə ermənilərə peşkəş edilən torpaqların hesabına , 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətindən “ icarəyə” götürülən İrəvanın paytaxt edilməsi ilə Ermənistan artıq dövlət kimi tarixə düşüb. Daim havadarlarının dəstəyi ilə düşmənçilik missiyasından əl çəkməyən erməni xisləti , erməni siyasətinin 27 sentyabrda başlatdığı növbəti təxribatı Ali Baş Komandanın adekvat cavabı nəticəsində bu dəfə baş tutmadı.
Bir il əvvəl 2019-cu il 3 oktyabrda Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVIillik iclasının plenar sessiyasında cıxışı zamanı Prezident İlham Əliyev Paşinyanın “ Qarabağ Ermənistanındır və nöqtə “ kimi sərsəm bəyanatına qəti şəkildə cavab verərək “ Qarabağ Azərbaycanındır və nida işarəsi” cavabını verdi.Artıq bu hadisədən bir il keçir. Və Ali Baş Komandan nöqtə ilə nida işarəsinin fərqini sözdə yox əməldə bu şərəfsiz qaniçənə sübut edir.
Biz bir xalq olaraq Ali Baş Komandanın hər bir addımını dəstəkləyir, cəmiyyətdə tutduğumuz mövqedən asılı olmayaraq torpaqlarımızın azad olunması uğrunda “ Hər birimiz bir əsgər” olduğumuzu bir daha bəyan edirik. Çünki bizim yolumuz haqq yoludur. Biz tarixi torpaqlarımızın geri qaytarılması uğrunda vuruşuruq, biz tarixi ədalətin bərpasını istəyirk. Biz Xocalıda , Kəlbəcərdə , Laçında , Azərbaycanın döyünən ürəyi Şuşada əsir qalan ulularımızın ruhlarının azad olunmasını istəyirik. Biz azan səsinin məhz Qarabağda yüksəlməsini, Milli Qürurumuz olan üçrəngli Bayrağımızın Xanın, Xan qızının, Bülbülün, dahi Üzeyirin Vətənində dalğalanmasını istəyirik.
Ali Baş Komandanın 04 oktyabrda Azərbaycan xalqına ünvanladığı tarixi çıxışından sonra bir daha və qürurla yalnız bu sözü deyə bilərik.”
Biz fəxr edirik ki, Biz Azərbaycanlıyıq.”
”Qarabağ Azərbaycandır!”.
Samirə İsmayılova,
R.Həbibov adına 14 nömrəli tam orta məktəbin direktoru.