Şirvanda keçirilən reydlər daha da gücləndirilir.
Bu günlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə cəbhədə erməni təcavüzünə layiqli cavab verib, uğurlu əks-hücum əməliyyatı aparan şanlı Ordumuza, eyni zamanda daxildə gizli düşmənə -COVİD-19 infeksiyasına qarşı mübarizə aparan fədakar həkimlərimizə dəstək olmaq üçün hər birimizdən xüsusi həssaslıq tələb olunur. Çalışmalıyıq ki, əlavə resurslar cəlb etmədən hər iki istiqamətdə qələbə qazanaq.
Bu baxımdan dövlətimiz tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də koronavirus infeksiyasına qarşı mübarizə işi davam edir.
Şəhər İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargah üzvləri, mobil təbliğat qrupları, şəhər Polis şöbəsinin, Qida Təhlükəsizliyi və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə 08.10.2020-ci il tarixdə keçirilən reydlər zamanı 12 ictimai iaşə, 65 ticarət, 9 bərbərxana və gözəllik salonu və 5 digər obyektlərdə sahibkarlara, satıcı və alıcılara, xidmətdən istifadə edən vətəndaşlara karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar epidemioloji sahədə mövcud qanunvericilik geniş izah edilmiş, icrası məcburi göstərişlər verilmiş, dezinfeksiya məhlullarından, maskadan istifadə etmək, sosial məsafəni gözləmək, özlərində virusun simptomlarını hiss edən zaman dərhal təcili tibbi yardıma müraciət etmək, koronavirusun daşıyıcısı olan insanlardan özlərini təcrid etmək, koronavirusa tutulan xəstələrin sağlam insanlar arasında, mağazalarda, ictimai yerlərdə gördükləri halda dərhal İcra Hakimiyyətinə məlumat vermələri barədə bir daha xəbərdarlıq edilmiş, maarifləndirici söhbətlər aparılmış, karantin rejiminin qaydalarına ciddi əməl etmələri tövsiyə edilmişdir.
Şəhərdə görülən qabaqlayıcı tədbirlər öz bəhrəsini verir, infeksiyaya yoluxma halları azalır. Koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirləri, keçirilən reydlər şirvanlılar tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır.