Humanitar atəşkəs Azərbaycanın beynəlxalq hüquqa, humanizmə və insani dəyərlərə verdiyi ciddi önəmin göstəricisidir.
Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistan beynəlxaq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycana qarşı növbəti təxribata əl atmış və dinc əhalinin yaşadığı yaşayış məntəqələrini intensiv atəşə tutmuşdur. Lakin Şanlı Ordumuzun ölümcül zərbələri ilə düşmən geri çəkilməyə məcbur oldu. Azərbaycan Ordusunun ardıcıl zəfərləri düşməni çıxılmaz vəziyyətlə üz-üzə qoydu. Artıq Ermənistan başa düşür ki, üz-üzə dayandığı Azərbaycan 90-cı illərin əvvəllərindəki Azərbaycan deyil. Bu gün dünyanın ən müasir silahları ilə silahlanan Azərbaycan Ordusu ilə hesablaşmaq Ermənistan üçün ölüm hökmünə bərabərdir.10 günlük müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini darmadağın etdi. Odur ki, ağır zərbələr nəticəsində Ermənistan baş nazirinin çaşqınlıq içində ard-arda dünya liderlərindən yardım istəməsi xunta rejimini həm ölkə daxilində həm də beynəlxalq aləmdə daha da rüsvay etdi. Ağır günlərini yaşayan Ermənistan qüdrətli Azərbaycan qarşısında ağ bayraq qaldırmaq məcburiyyətində qaldı. Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin iştirakı ilə keçirilən danışıqlar masasında Azərbaycan qalib tərəf qismində əyləşərək qətiyyətli mövqe nümayiş etdirməsi bir daha Azərbaycanın təkcə döyüş meydanında deyil diplomatik müstəvidə də düşməni çıxılmaz vəziyyətə saldığını nümayiş etdirdi. Artıq illərdir Ermənistanın əlində bayraq etdiyi status-kvo danışıqlarda müzakirə mövzusu deyil. Artıq Ermənistan Azərbaycana hansısa şərtlər irəli sürmək iqtidarında da deyil. Halbuki, az əvvəl Ermənistan baş naziri Azərbaycana qarşı 7 şərt irəli sürmüşdü. Bu gün isə hərbi-siyasi şərtləri Azərbaycan diqtə edir. Hərb meydanında olduğu kimi diplomatik müstəvidə də səlist və düzgün hesablanmış addımlar atan Azərbaycan humanitar atəşkəs çağırışlarına adekvat cavab verməklə Ermənistan və onun havadarlarının Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırmasının qarşısını aldı. Humanitar atəşkəs hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi-diplomatik müstəviyə daşıyır. Bu həm də bir daha nümayiş etdirir ki, Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq müharibə şəraitində belə beynəlxalq hüquqa, humanizmə və insani dəyərlərə ciddi önəm verir.
Əliyeva Zümrüd,
20 nömrəli tam orta məktəbin tədris üzrə direktor müavini