Şriftin ölçüsü :

Saytın rəngi :

Humanitar atəşkəs rejimi Ermənistanın münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində real addımlar atmaq üçün son şansıdır.

12 oktyabr 2020 | 16:00

İşğalçı Ermənistanın Azərbaycana qarşı iyul təxribatının davamı olaraq  sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı həyata keçirdiyi növbəti təxribatı onun işğalçı mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Ermənistan bütün beynəlxalq hüququ tapdalayaraq dinc, silahsız əhalini atəşə tutması işğalçının faşist ideologiyasına xidmət etməsinin göstəricisidir. Tarixən öz vəhşilikləri ilə bütün dünyada tanınan ermənilər bu dəfə də öz vəhşi xislətlərini gizlədə bilmədilər. Ermənistanı idarə edən quldur rejimin ölkəmizə qarşı açıq təcavüzünə Azərbaycan ordusu layiqli şəkildə cavab verdi. Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Ordumuz düşmənə tarix boyu görmədiyi sarsıdıcı zərbələr endirdi. Elə zərbələr ki, Ermənistanı kökündən silkələdi. Bütün mövqeləri darmadağın olan Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməyə məcbur oldu. Bu Azərbaycan Ordusunun şücaətini, Azərbaycanın gücünü bir daha nümayiş etdirdi. İllərdir erməni cəmiyyətinə sırınan “erməni ordusunun məğlubedilməzliyi” mifi birdəfəlik darmadağın edildi. Artıq bütün imkanları tükənmiş Ermənistanın baş naziri kömək üçün yenə də havadarlarına sığınır. Lakin öz haqqı uğrunda savaşan Azərbaycana qarşı erməni baş nazirinin çağırışına heç bir ölkə cavab vermədi. Bu rüsvayçı məğlubiyyət Ermənistanı danışıqlar masasında məğlub tərəf kimi əyləşməyə məcbur etdi.
   Bu gün Azərbaycan hərb meydanında olduğu kimi diplomatik masadada da Ermənistanı çıxılmaz vəziyyətlə üz-üzə qoyub. İllərdir danışıqlar prosesini müxtəlif absurd bəyanatlarla, şərtlərlə pozmağa çalışan Ermənistan üçün artıq bir şərt var: İşğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq. İllərdir status-kvonu əlində bayraq edən Ermənistanla artıq status-kvo müzakirə edilmir. İndi bütün şərtləri Azərbaycan diktə edir.  Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin 11 saata yaxın gərgin müzakirələri nəticəsində müvəqqəti humanitar  atəşkəsin elan olunması qərarı Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid cəbhə formalaşdırmaq səylərinin qarşısını aldı. Bir daha bütün dünya Azərbaycanın haqq-ədalət savaşında yenə də haqqın yanında olduğunun, beynəlxalq hüquqa, humanizmə sadiqliyinin  şahidi oldu.  Humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Bu hələ mübarizənin sonu demək  deyil. Ermənistanı öz məkrli niyyətlərindən əl çəkməsi və işğala son qoyması üçün verilən sonuncu şansdır.

Ələsgərova Elmira,
16 nömrəli tam orta məktəbin direktoru

Keçidlər