Qardaş Türkiyənin rolu əvəzolunmazdır!
Bu fikri Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan сənab İlham Əliyev 12 oktyabr 2020-ci il tarixdə Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verərkən bir daha vurğulamışdır.Cənab Ali Baş Komandan müxbirin bütün suallarını məzmunlu və əhatəli cavablandırmışdır. O,bir daha təkrar etmişdir ki, Azərbaycan xalqı sülh istəyir və məhz bu məqsədə çatmaq üçün əks-hücum hərbi əməliyyatları aparır. Prezident İ.Əliyev söyləmişdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində 30 ilə yaxın müddətdə aparılan danışıqlar nəticə verməmişdir.Ermənistan Azərbaycana müharibə yolundan başqa seçim qoymamışdır. Ermənistanın bu ilin iyul –avqust aylarında və nəhayət 27 sentyabr tarixində Azərbaycana qarşı törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusu düşmənə layiqli cavab vermişdir. 27 sentyabr 2020-ci il tarixi Azərbaycan xalqı üçün torpaqlarının işğaldan azad edilməsi uğrunda ədalətli Vətən müharibəsinə başladı.Beləliklə status-kvo deyilən bir anlayış artıq yoxdur. Cənab Ali Baş Komandan müsahibəsinin bu yerində qeyd etmişdir ki, “Status-kvonun dəyişilməsi münaqişədə əldə etdiyimiz növbəti uğurdur”. Cənab Prezident bir daha qeyd etdi ki, Azərbaycan xalqının işi haqq işidir və torpaqlarımızın azad olunmasından xalqımızı heç kəs döndərə bilməz. Müharibədə əldə etdiyimiz qələbələr yüksək peşəkarlıq səviyyəsində hazırlanmış ordumuzun,qəhrəman Azərbaycan əsgərlərinin xidmətidir. Müharibə gedən müddətdə Azərbaycan strateji yüksəkliklər əldə etmişdir. Bu isə o deməkdir ki, Azərbaycan xalqının böyük qələbəsi yaxınlaşır. Ermənistan dövlətinin əməllərinə qiymət verərkən Prezident qeyd etdi ki, Ermənistan işğalçı dövlətdir, faşist dövlətdir. Sülh istəyən və yalvaran Ermənistanın baş naziri Moskva danşıqlarından sonra atəşkəsi pozub, müharibə getməyən zonada dinc əhaliyə öz miqyasına görə Azərbaycanda ikinci şəhər olan Gəncəni raket atəşinə tutmuşdur. Bu fakt onu göstərir ki, Ermənistan sülh istəmir, yaradılmış pauzanı da hərbi cəhətdən güclənməsinə yönəldir. Bütün dünya erməni xislətini görməlidir, Ermənistanın hərbi cinayətləri törətməsini qınamalıdır. Azərbaycan mübarizəni tək işğalçı Ermənistanla deyil, eyni zamanda erməni diasporu ilə də aparır. Prezident qeyd etmişdir ki, “İlərdir ki, biz xaricdəki erməni diasporunun yaydığı qara propaqanda ilə üzləşirik və məqsəd Azərbaycanı ləkələmək, erməni işğalına bəraət qazandırmaqdır. Dünya KİV-nə təsir edən erməni diaspor təşkilatları sentyabrdakı erməni təxribatları başlayan andan bizə qarşı iş aparırlar”. Cənab İ.Əliyev bu mənada Türkiyə mətbuatına minnətdarlıq ifadə etmişdir ki, real vəziyyətlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Prezident qeyd etmişdir ki, Ermənistan cəbhə boyu məğlubiyyətə uğrayır. Məhz buna görə ermənilər acığını dinc əhalidən çıxarmağa çalışır. Gəncəni bombalamaq əmri şəxsən Ermənistanın baş naziri Nikol Paşinyanın əmridir və bu onun acizliyini, ağır psixoloji durumda olduğunu göstərir. Müharibəni uduzan Ermənistan dünya ölkələrinə müraciət edir, yalvarır, imdad istəyir. Ümumiyyətlə ermənilərin özlərini yazıq, rəzil bir millət kimi göstərmələri həmişə istifadə etdikləri vasitədir. Özlərini haqlı, Azərbaycanı isə təcavüzkar kimi göstərməyə çalışır. Bu sırf “erməni məntiqi”dir. Müasir texnologiyalar inkişaf edən zaman kimin haqlı və haqsız olduğunu tez bir müddətdə müəyyən etmək olur. Biz müharibəni öz torpaqlarımızda aparırıq. Biz torpaqlarımızın azad olunmağını istəyirik. Erməni əsgəri bugün torpaqlarımızdan çıxsa hərbi əməliyyatlara nöqtə qoyular. Prezident dəfələrlə vurğulayıb ki, bizim başqa dövlətlərin torpaqlarında gözümüz yoxdur, amma öz torpaqlarımızı da heç kəsə verməyəcəyik. Qarabağ məsələsi Azərbaycan xalqının milli məsələsidir. Çox təəssüf ki, beynəlxalq aləm başlayan müharibəyə düzgün qiymət vermir. Təcavüzkarı və təcavüzə məruz qalanı eyniləşdirir. Bu isə qəti yolverilməzdir. İkili standart mövqeyi göz qabağındadır.Məhz bu ikili standart münasibəti ucbatından Qarabağ məsələsi, Azərbaycan xalqının haqq işi həll olunmurdu. Prezident “bu məsələnin hərbi həlli yoxdur” deyən ekspertlərə sübut etdi ki, Dağlıq Qarabağ məsələsi məhz hərbi yolla həll olunur. Azərbaycanın apardığı haqq işində cənab İlham Əliyev qardaş Türkiyənin və onun prezidenti Rəcəb Tayyip Ərdoğanın mövqeyini çox yüksək qiymətləndirmişdir. Türkiyə prezidenti və digər rəsmilərin açıq şəkildə Azərbaycanı dəstəkləmələri Azərbaycan üçün olduqca vacib idi. Ali Baş Komandan tək “Haber Global” televiziya kanalına deyil, digər KİV-nə verilən müsahibəsində israrla qeyd edir ki, münaqişənin siyasi yolla həll olunmasında Türkiyə fəal rol oynamalıdır, çünki Türkiyə regionda ciddi nüfuza malikdir. Bu nüfuz getdikcə artır, söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Türkiyə və Azərbaycan münasibətəri bu gün çiçəklənməsinin pik nöqtəsini yaşayır. Türkiyəsiz Azərbaycan, Azərbaycansız Türkiyə yoxdur. Dili bir,dini bir iki qardaş xalqların dövlətləri uğurla əməkdaşlıq edir və gələcəkdə yeni zirvələrə qalxacaqdır. Bu gün Azərbaycanla Türkiyə münasibətlərinə qiymət verərkən qeyd etmək lazımdır ki,dünyada ikinci belə dövlətlər yoxdur. Azərbaycan və Türkiyə dünyaya dostluq, qardaşlıq, əməkdaşlıq nümunəsi göstərir. Bu iki dövlətin qardaşlığı sarsılmazdır. Bu gün Türkiyənin əksər şəhərlərində Azərbaycan xalqının Vətən müharibəsinə dəstək verən çoxsaylı mitinqlər keçirilir. Bu iki dövlətin yaxınlıq dərəcəsini vaxtilə Ümummilli lider Heydər Əliyev “Bir millət,iki dövlət” kəlamı ilə bəyan etmişdir. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Şirvan Şəhər Tarix-Diyarşünaslıq,
Muzeyinin baş elmi işçisi Ləman Mikayılova