Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir.
Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı təxribatı nəticəsində başlayan döyüşlər və ordumuzun düşmənə ağır zərbələri, bir sıra yaşayış məntəqələrin işğaldan azad etməsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməsinə və diplomatik müstəvidə Azərbaycanın böyük üstünlük əldə etməsinə gətirib çıxardı. Son bir il ərzində baş verən proseslər onu göstərirdi ki, Ermənistan azğınlaşmış və Azərbaycan ərazilərinin işğalını artıq bitmiş iş hesab edirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması da buna hesablanmışdı. İşğala əsaslanan status-kvo qalmaqda davam edirdi. Ermənistan bütün imkanlardan istifadə edib ərazilərin işğalını həyata keçirirdi. Ermənilərin heç zaman yaşamadığı Cəbrayıl rayonunda məskunlaşma aparılırdı. 2016-cı ilin aprel döyüşlərində aldığı zərbəyə baxmayaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyi hələ də özünü qalib tərəf kimi göstərməyə çalışırdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi-strateji baxımdan Ermənistanın bu illüziyaları darmadağın edildi. Sentyabr ayından başlayan on günlük hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin əsas idarəetmə mərkəzləri, hərbi infrastrukturu, silah-sursat və maddi-texniki təchizat bazası, döyüş texnikası, bahalı radio-elektron və hava hücumundan müdafiə sistemləri və döyüşkən hərbi birləşmələri məhv edildi. Otuz illik dövr ərzində Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunaraq bu hərbi infrastruktur sistemi qurulmuşdu. Coğrafi baxımdan qismən kiçik bir ərazidə Ermənistan tərəfindən böyük həcmdə silah-sursat və hərbi texnika cəmləşdirilmişdi. Qısa müddətdə Ermənistanın bu döyüş texnikasının böyük əksəriyyəti məhv edildi. Hərbi əməliyyatların gedişi Ermənistanın iqtisadiyyatına çox ciddi zərbədir. Uzunmüddətli dövr ərzində Ermənistanın siyasi-diplomatik, hərbi və iqtisadi baxımdan müqavimət əzmi sındırılır. Hərbi baxımdan status-kvo dəyişdirildi. Artıq təmas xətti anlayışı yoxdur. Ermənistan təmas xəttini dövlət sərhədinə çevirməyə çalışırdı. Status-kvonun dəyişilməsi münaqişədə əldə etdiyimiz növbəti uğurdur. Statusk-kvonun dəyişdirilməsi münaqişədə yeni reallıq yaradır. Ermənistan silahlı qüvvələrin öz mövqelərindən geri çəkilməsi rəsmi Yerevanın geri çəkilməsi deməkdir. Ermənistanın sülhə məcbur edilməsi istiqamətində həyata keçirilən əməliyyatın birinci mərhələsi uğurla başa çatdı. Cəbrayıl rayonu, çox böyük əhəmiyyətə malik olan Suqovuşan kəndi işğaldan azad edildi. Dağlıq Qarabağın inzibati ərazi vahidinə daxil olan Hadrut qəsəbəsi və ətraf kəndlər işğaldan azad edildi. Bütün bunlar həm də Ermənistana böyük psixoloji zərbədir. Siyasi baxımdan Ermənistanın danışıqlar prosesində şərtləri diktə etməsi və işğalın nəticələrini siyasi vasitələrlə möhkəmləndirmək cəhdlərinin qarşısı alındı. Ermənistanın danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri iflasa uğradı. Ermənistan baş naziri Azərbaycana şərt qoyurdu ki, qondarma rejim danışıqlar prosesində iştirak etməlidir. Ermənistan xarici işlər naziri Azərbaycan xarici işlər naziri ilə birlikdə Moskvada danışıqlarda iştirak etməsi və humanitar atəşkəs barədə bəyanatı qəbul etməsi Ermənistanın münaqişə tərəfi kimi rolunun bir daha təsbit olunmasıdır.
Moskvada qəbul edilmiş bəyanatla humanitar əsaslarla müvəqqəti atəşkəs elan olunmuşdur. Hərbi əməliyyatların gedişində humanitar atəşkəsin elan olunması təcrübəsi vardır. Bu müddət ərzində döyüş meydanında həlak olan hərbi qulluqçuların cənazələri götürülür, yaralılara yardım göstərilir. Humanitar atəşkəsə baxmayaraq Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir. Dünya bunu təkrar görür. Atəşkəs, xüsusilə də humanitar atəşkəs sülh deyil və ola da bilməz. Humanitar əsaslarla atəşkəsin elan edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətləri boyunca atəşkəsin pozulması davam edir. Əgər Ermənistan işğaldan azad edilmiş ərazilərin yenidən işğal edilməsinə cəhd edərsə, yenə də öz layiqli cavabını alacaqdır. Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir. Gəncədə mülki əhalinin qətl edilməsi bunu bir daha sübut edir. Ermənistan bütün cəbhə boyu məğlubiyyətə uğrayır. Ona görə də ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Gəncəni bombalamaq əmri şəxsən Paşinyanın əmridir və bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir. Azərbaycan Ordusu Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcək. Ölkəmiz atəşkəs rejiminə sadiqdir, lakin görəndə ki, qarşı tərəf buna riayət etmir, biz də özümüzü müdafiə etməliyik. Əgər humanitar əsaslarla olan bu atəşkəs rejiminin pozulması istiqamətində Ermənistan tərəfindən təxribatlar davam etdirilərsə, Azərbaycan tərəfi yenə də özünü müdafiə hüququndan istifadə edərək cavab vermək məcburiyyətindədir.
Münaqişənin həll olunmasında qardaş Türkiyənin rolu əvəzolunmazdır və siyasi həll yolunda Türkiyə fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir. İllər boyu Beynəlxalq aləm bu münaqişəni fərqli tərzdə təqdim etməyə, həqiqətləri pərdələməyə üstünlük verib. Ona görə də Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın və digər Türkiyə rəsmilərinin açıq şəkildə Azərbaycanı dəstəkləmələri Azərbaycan üçün olduqca vacib idi. İllərdir ki, ölkəmiz xaricdəki erməni diasporunun yaydığı qara propoqanda ilə üzləşir və məqsəd Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Dünya KİV-nə təsir edən erməni diaspor təşkilatları sentyabrdakı erməni təxribatları başlayan andan bizə qarşı iş aparırlar. Bu ölkə öyrəşib ki, dünya erməniliyi, islamofob dairələr onun hər bir addımına bəraət qazandıracaq, Azərbaycanı təcavüzkar kimi göstərəcək. Lakin müasir internet düzü olduğu kimi təqdim etmək və yalanı təkzib etmək imkanı verir. Bundan əlavə, dövlətimiz həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqq yolundadır.
Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinspiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Ali Baş Komandan və onun ətrafında sıx birləşən Azərbaycan xalqı, Azərbaycan Ordusu mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüş səsini qaytaracaqdır. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır. Lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz.
Əfqan Həsənov,
Şirvan Gənclər Evinin direktoru