Şriftin ölçüsü :

Saytın rəngi :

Humanitar atəşkəs rejimini pozmaqla Ermənistan öz işğalçı, faşist mahiyyətini və terror dövləti olduğunu bir daha bütün dünyaya bəyan etmiş oldu.

14 oktyabr 2020 | 16:00

Oktyabrın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin iştirakı ilə keçirilən və 11 saata yaxın davam edən gərgin danışıqların nəticəsi olaraq əldə olunan razılığa əsasən tərəflər arasında humanitar atəşkəs elan olundu. Lakin atəşkəsin elan olunmasından dərhal sonra işğalçı Ermənistan öz xəyanətkar xislətini gizlətməyərək atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycanın mövqelərini intensiv şəkildə atəşə tutmağa başladı. Ən dəhşətlisi isə erməni faşistlərinin gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə “Toçka U”  raket zərbələri endirməsi oldu.  Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 34 nəfər isə xəsarət aldı. Atəşkəsin elan olunmasından sonra dinc əhalinin atəşə tutulması erməni riyakarlığının, erməni faşistliyinin ən bariz nümunəsidir. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir. Bu həmdə onu göstərir ki, Ermənistan rəhbərliyinin atəşkəs çağırışları riyakarlıqdan başqa bir şey deyil. Azərbaycanın döyüş meydanında düşmən üzərində qazandığı parlaq qələbələr diplomatik müstəvidə də özünü göstərdi. Status-kvonun saxlanılması kimi absurd iddialarla danışıqlar prosesini pozmağa çalışan Ermənistan üçün artıq danışıqlar prosesində status kvo müzakirə olunmur. Münaqişə yalnız Azərbaycanın maraqlarına cavab verən baza prinsipləri əsasında həll edilə bilər.  Status kvo artıq ləğv olunub. Bu Azərbaycanın hərbi uğurlarından irəli gələn diplomatik qələbəsidir. Ermənistan rəhbərliyi  isə həm döyüş meydanında, həm də diplomatik müstəvidə ardıcıl acınacaqlı və  rüsvayçı məğlubiyyətləri ilə heç cür barışa bilmir və psixoloji gərginlik vəziyyətində mülki əhalini və şəhərləri atəşə tuturlar. Lakin rəşadətli Azərbaycan Ordusu düşmənin bütün təxribatlarına layiqli cavab verir və bundan sonra da verəcəkdir. Azərbaycan  beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə addımlar atır. Azərbaycanın haqlı mövqeyi artıq bütün dünya birliyi tərəfindən dəstəklənir. Çünki Azərbaycan  tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşdadır. Bu ədalət savaşı Azərbaycanın mütləq qələbəsi və torpaqlarının azad olunması ilə sonlanacaqdır. Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi: “Azərbaycan xalqı mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüşün səsini qaytaracaqdır".

Xudakərim  Ağamalıyev,
5 nömrəli ümumi orta məktəbin direktoru

 

Keçidlər