Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda maarifləndirmə işi gücləndirilir.

16 oktyabr 2020 | 16:00

Bu günlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev müstəqil ölkəmizin ən yeni, ən şərəfli tarixini yazır. Ermənilərin xarici havadarlarının köməyi ilə Azərbaycana qarşı törətdiyi təxribatlara, terror aktlarına və təcavüzlərə beynəlxalq səviyyəli, hücum xarakterli diplomatiyası, siyasi gedişləri ilə cavab verir. Şanlı Ordumuzun əks hücum əməliyyatlarına uğurla rəhbərlik edir. Beynəlxalq qurumların, güc mərkəzlərinin, böyük dövlət başçılarının təzyiqlərini zərərsizləşdirir. Dünyanın nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrində Azərbaycanın haqlı, ədalətli mövqeyini, erməni simasını, xislətini dünya ictimaiyyətinə çatdırır. Müzəffər ordumuzun Ali Baş Komandanı ermənilərin işğal etdiyi tarixi torpaqlarımızın azad edilməsinə nail olur.
   Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyinin yaydığı “virus”la yanaşı, dünyanı bürüyən COVİD-19 pandemiyasına qarşı sistemli tədbirlər görür. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına, qəbul edilən qərarların yerinə yetirilməsinə xüsusi önəm verir.
   Bu gün hər bir azərbaycan vətəndaşı, müsəlləh əsgər kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx  birləşməli, ermənilərin işğal etdiyi tarixi torpaqlarımızın azad edilməsinə töhfələr verməli, koronavirus infeksiyasına qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməlidir.
   Bu məqsədlə Şirvan şəhər İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargahın üzvləri, mobil təbliğat qrupları, şəhər Polis şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları hər gün şəhər ərazisində xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarət məqsədi ilə reydlər keçirir, maarifləndirmə işlərini gücləndirirlər.
   15.10.2020-ci il tarixdə keçirilən reydlər zamanı 12 ictimai iaşə, 67 ticarət, 11 bərbərxana və gözəllik salonu və 12 digər obyektlərdə sahibkarlara, satıcı və alıcılara, xidmətdən istifadə edən vətəndaşlara karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar epidemioloji sahədə mövcud qanunvericilik geniş izah edilmiş, icrası məcburi göstərişlər verilmiş, dezinfeksiya məhlullarından, maskadan istifadə etmək, sosial məsafəni gözləmək, özlərində virusun simptomlarını hiss edən zaman dərhal təcili tibbi yardıma müraciət etmək, koronavirusun daşıyıcısı olan insanlardan özlərini təcrid etmək, koronavirusa tutulan xəstələrin sağlam insanlar arasında, mağazalarda, ictimai yerlərdə gördükləri halda dərhal İcra Hakimiyyətinə məlumat vermələri barədə bir daha maarifləndirici söhbətlər aparılmış, karantin rejiminin qaydalarına ciddi əməl etmələri tövsiyə edilmişdir.
   Şəhərdə görülən qabaqlayıcı tədbirlər öz bəhrəsini verir, infeksiyaya yoluxma halları azalır. Koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirləri, keçirilən reydlər sakinlər tərəfindən razılıqla qarşılanır.

Keçidlər