Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan dinc əhaliyə qarşı terror törədir.

17 oktyabr 2020 | 16:00

Terror dövləti olan Ermənistanın ölkəmizə qarşı təxribatları və terror hərəkətləri davam edir. Dünya birliyi bu vəziyyətə tamaşa edərək işçalçıya hər hansı xəbərdarlıq etmir.  Dünya birliyi susduqca, seyrçi mövqeyində qaldıqca, Ermənistan öz hərəkətlərini davam etdirir. Atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq Ermənistan öz çirkin üzünü göstərməkdə davam etmiş gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədilib. Gəncə şəhəri bombardman atəşinə tutulub, “Toçka-U” raketi ilə şəhər atəşə məruz qalıb. Bunun nəticəsində mülki şəxslər həlak olub və yaralanıb. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistan havadarları, onların hamiləri və islamafob dairələr bu cinayəti gizlədə bilməyəcəklər, çünki artıq hər şey göz qabağındadır. Dünya ictimaiyyəti bir daha görür ki, kim bu münaqişənin səbəbkarıdır, kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir.  Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir. İnsanlığa qarşı törədilmiş cinayət bunu bir daha göstərir.
   Dinc azərbaycanlılara qarşı erməni terrorunun qarşısı alınmalıdır. Humanizm prinsiplərinə zidd olan belə vandalizmə göz yummaq, həmçinin beynəlxalq hüquq-müdafiə təşkilatlarının susqunluğu anlaşılan deyil.  Son hadisələr göstərir ki, Ermənistanın stimul vasitələrindən biri də beynəlxalq təşkilatlardır. Ermənistan işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Beynəlxalq təşkilatların bu cür susqunluğu, seyrçiliyi, riyakarlığı Ermənistana daha da stimul verir.
    Bununla da işğalçı ölkə özünü “haqlı” sayaraq istənilən vəhşiliyə, qanunsuzluğa əl atmaqdan çəkinmir və utanmır.

Pərvanə Babayeva,
Şirvan şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı

Keçidlər