Şriftin ölçüsü :

Saytın rəngi :

Pilotsuz zərbə uçuş aparatlarından məharətlə istifadə edilir.

17 oktyabr 2020 | 16:00

Müstəqil Azərbaycan heç vaxt ərazi bütövlüyünü bərpa etmək, əzəli torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı baş tutmayacaq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı bütün kənd və qəsəbələrimizi, şəhərlərimizi düşmən tapdağından azad etməkdə davam edir.
   Azərbaycan Ordusu işğal olunmuş ərazilərin azad edilməsi üzrə anti-terror əməliyyatları zamanı 21-ci əsrdə müharibə aparılmasının nümunəsini göstərir. Həyata keçirilən döyüş əməliyyatları zamanı müasir silahların, PUA-ların, yüksək dəqiqlikli texnologiyaların istifadəsi aparıcı ölkələrinin hərbi qərargahları tərəfindən də öyrənilir. Hərbi ekspertlər etiraf edirlər ki, dünyada belə bir nümunə olmayıb ki, bir ordu digəri ilə döyüşərkən bu qədər yüksək dəqiqlikli silahlardan istifadə etsin. Zərbə PUA-larının istifadəsinin miqyasina və intensivliyinə görə bu, dünyada ilk belə haldır. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də digər ölkələr bu miqyasda PUA-lardan istifadə etməyib. Bu cür münaqişələrdə PUA-lar öz üstünlüyünü təsdiq edib. Buna, həmçinin Azərbaycan Ordusunun düşmənin qüvvələrini və hava hücumundan müdafiə sistemlərini məhv etməsi, zirehli texnikanın, yüksək səviyyəli qoruması olan hədəflərin və canlı qüvvənin məhv edilməsində PUA-ların kütləvi istifadəsi üzrə taktikasını əlavə etmək lazımdır. Eyni zamanda yüksək dəqiqlikli silahların istifadə zamanı mülki əhali arasında itkilər az olur.
   Bu baxımdan, Azərbaycan həm hərbi uğur əldə etdi, həm də Dağlıq Qarabağda yaşayan mülki əhalinin həyatını mühafizə etdi. Qeyd olunanları nəzərə alaraq, indiki vəziyyətdə düşmənin resurs müharibəsinə çox davam gətirəcəyi gözlənilmir. Pandemiyanın da gətirdiyi yeni iqtisadi şərait ölkədə iqtisadi vəziyyəti onsuz da kəskinləşdirib. Bu baxımdan ölkənin uzunmüddətli resurs müharibəsi aparmaq üçün heç bir əlavə imkanları mövcud deyil.

Rövşən Allahverdiyev,
Şirvan şəhər Təhsil Şöbəsinin müdiri

Keçidlər