Köçkünlər Şuşaya qayıdacaq.
Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır. Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarının işğaldan tam azad edilənədək davam edəcəkdir. Biz bir daha Ermənistandan nə qədər güclü olduğumuzu, torpaqlarımızı azad etməyə qadir dövlət olduğumuzu sübut edə bildik. Lakin düşünürəm ki, ən böyük nailiyyətlərimizdən biri həm də mənəvi-psixoloji müstəvidə əldə etdiyimiz uğurdur. Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik, vətəndaşlarımızın qələbəyə inamı, əzmi, dövlətimizə və cənab Prezidentə dərin etimadı bu qələbəni şərtləndirən əsas amillər sırasındadır. Eyni zamanda, hərbi əməliyyatlar Ermənistan ordusuna da ciddi mənəvi-psixoloji zərbə oldu.
Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ münaqişəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Buna anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur. Qəhrəman Ordumuz yüksək ruh yüksəkliyi ilə Qarabağda ərzi bütövlüyümüz uğrunda apardığı müharibəni uğurla davam etdirir. Bizim yolumuz haqq yoludur. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə işğaı altında olan torpaqlarımız erməni işğalından azad olunacaq və qələbə bayrağımız Xankəndində, Şuşada və digər işğaldan azad olan torpaqlarımızda dalğalanacaq.
Rövşən Mehrəliyev,
Gənclər və İdman İdarəsi rəisinin müavini