Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan torpaqlarının işğaldan azad olmasında israrlı, qətiyyətlidir!

17 oktyabr 2020 | 16:00

Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur. Ermənistanın işğalçılıq siyasətinin, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasın¬da Prezident İlham Əliyevin xalqa müraciətlərinin, müsahibələrinin, nitq və çıxışlarının xüsusi əhəmiyyəti vardır. Bu çıxışlar ölkə başçısının beynəlxalq arenada, diplomatik görüşlərdə səsləndirdiyi fikirlərin məntiqi davamı, dəyişməz mövqeyinin təsdiqidir.
       Dövlət başçısı “Haber Türk” telekanalında, həmçinin “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, Türkiyənin “TRT Haber”, “Pervıy Kanal”, “CNN-Türk”, “Rossiya-1”  televiziya kanallarında yayımla¬nan müsahibələrində Azərbaycanın konstruktiv mövqeyini bir daha ifadə edərək, torpaqların işğal faktı ilə heç zaman barışmayacağımızı, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olu¬na biləcəyini xüsusi qeyd etmişdir. Status-kvonu dəyişmək istəməyən, destruktiv siyasət yürüdən Ermənistan və havadarları bilməlidirlər ki, Azərbaycan torpaqlarının işğaldan azad olmasında israrlı, qətiyyətlidir: “Biz bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”. Prezidentin bu müsahibələri Ermənistanın təcavüzkarlıq siyasətinin, hərbi təxribatlarının ifşası beynəlxalq hüququn prinsiplərinin və insan hüquqlarının kobud şəkildə pozuntusunun siyasi-hüquqi təhlili baxımından əhəmiyyətlidir.
       Ali Baş komandan yerli və xarici, trans¬milli telekanallara müsahibələrində Ermənistan–Azərbaycan, Dağlıq Qara¬bağ münaqişəsinin tarixi, hüquqi-siyasi aspektlərinə toxunaraq bəyan edir ki, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun missiyası tarixi ədalətin bərpasına, beynəlxalq hüququn təminatına əsaslanır: “Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bü¬tövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxı¬mından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur”.
     BMT tərəfindən 27 il əvvəl qəbul olunan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və erməni işğalçı qüvvələrinin işğal altındakı ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr bu günə qədər yerinə yetirilməyib. Sözügedən qətnamələrə Ermənistan bu günədək məhəl qoymur. Əksinə, Azərbaycanın işğal edilmiş ərazilərində öz hərbi qüvvələrini artır¬maqla hərbi təxribatları davam edir. Ermənistanda əcnəbi terrorçular, PKK-nın düşərgələri var. Başqa ölkənin vətəndaşı gəlib Azərbaycana qarşı müharibə aparır. Bunlar muzdlulardır. Prezident İlham Əliyev müsahibələrində bu qətnamələrin hələ də kağız üzərində qalmasının əsas səbəbləri kimi Ermənistanın möv¬qeyini, Minsk qrupunun səmərəsiz fəaliyyətini və Təhlükəsizlik Şurası¬nın qətnamələrinin yerinə yetirilmə mexanizminin yoxluğunu göstərir. Bütün müsahibələrində, çıxış¬larında əks-hücum əməliyyatının hansı zərurətdən irəli gəldiyini dünya ictimaiyyətinin, beynəlxalq audito¬riyanın diqqətinə çatdıran Ali Baş Komandan iyul ayında Azərbaycana qarşı hərbi hücumun Ermənistan rəhbərliyinın yeni torpaqları iş¬ğal etmək cəhdi kimi xarakterizə edir: “Biz özümüzü, insanlarımızı müdafiə etməli idik və dünyanın bütün ölkələri tərəfindən tanınan, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüzü bərpa etməli idik”. Ali Baş Komandan beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə qətiyyətlə bildirir ki, sentyabr ayının 27-də Ermənistanın yenidən Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə hücum etməsi, onla¬rın öldürülməsi, yaşayış evlərinin da¬ğıdılması adekvat cavab tədbirlərini, əks-hücum əməliyyatlarını zəruri etdi: “Bizim uğurlu hərbi əməliyyatımız davam edir. Biz torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün tamamilə qətiyyətliyik”.
    Açıq-aşkar Ermənistana dəstək verən, mövqe bildirən Minsk qrupunun həmsədr ölkələrinin narahatlıq doğuran bəyanatlarına Prezident İlham Əliyevin məntiqli, diplomatik cavabı, vasitəçilərə həm də bir xəbərdarlıq mesajıdır: “Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıx¬malısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olma¬yan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısı¬nız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”. İlham Əliyevin separatizmi, terroru dəstəkləyən dövlətlərə xitabən səsləndirdiyi fikirlər, Ermənistanın havadarlarına, Qarabağ¬da müqəddəratını təyin etmək istəyən separatçıların hamilərinə, seçki kampaniyalarında erməni lobbisindən istifadə edib müəyyən vədlər qarşılı¬ğında hüququn aliliyini, beynəlxalq prinsipləri heç sayan siyasətçilərə, diplomatlara siyasi mesajdır: “Əgər ermənilər özlərinə məxsus olmayan torpaqları istəsəydilər və sadəcə olaraq, əksəriyyət olduqlarına görə həmin torpaqları istəsəydilər, həmin ölkələrin rəhbərliklərinin reaksiyası necə olardı? Bu, onların uzun illər istifadə etdikləri taktikadır - gəlmək, dəstək istəmək, torpaq istəmək və sonra özlərinin qondarma qədim tarixləri barədə feyk xəbərlər hazır¬lamaqla və həmin torpaqları özləri üçün tələb etməklə ərazinin tarixi kimliyini dəyişməyə başlamaq. Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağ¬lıq Qarabağdan olan ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyinetmə hüququ versinlər”.
    Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərini qısqanan, Qafqazda güclü türk dövlətinin varlığını istəməyənlər Türkiyənin Azərbaycana mənəvi dəstəyini hərbi müstəviyə daşımaqla münaqişənin regional xarakter almasını istəyirlər. Türkiyə hərbi əməliyyatlarda iştirak etmir. Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsi tamamilə yalandır. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir. O ki qaldı, əcnəbi insanlara, o da yalandır. O, atılan iftiradır, böhtandır. Bir dənə də sübut gətirilmədi. Ermənistanın ilk hücum günündən Azərbaycana tam dəstəyini ifadə edən qardaş Türkiyə dövlətinə, Prezidentinə və digər rəsmi şəxslərinə minnətdarlığını bildirən İlham Əliyev müsahibələrində dəfələrlə vurğulayır ki, Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb. Cənab Prezident, eyni zamanda, guya Suri¬yadan gələn muzdlularla bağlı faktsız, dəlilsiz ittihamların tamamilə əsassız olduğunu bildirir, xüsusilə, Fransa kimi vasitəçi bir dövlətin mövqeyini kəskin tənqid edir. Əsassız ittihamlara cavab olaraq bütün müsahibələrində rəşadətli Azərbaycan Ordusunun uzun illər ərzində işğal altında olan torpaq¬larımızı azad etməyə qabil olduğunu bəyan edir.  Cənab Prezidentin 4 il bun¬dan əvvəl, aprel döyüşləri zamanı səsləndirdiyi – “Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir” fikri bu gün təsdiqini tapır. Cənab Preziden¬tin əminliklə səsləndirdiyi fikirlər, bəyanatlar Azərbaycan xalqına, Azərbaycan Ordusuna ruh yüksəkliyi, inam verdiyi qədər təcavüzkar düşməndə və onların havadarların¬da qorxu və təlaş yaradır. Ali Baş Komandan Azərbaycan xalqının işğal faktına daha 30 il dözməyəcəyini dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, vasitəçilik missiyasını həyata keçirən həmsədr dövlətlərə bəyan edir, böyük qayıdışın mütləq şəkildə reallaşacağını əminliklə bildi¬rir: “Mən əminəm ki, o ərazilərdən köçürülənlərin hamısı geri qayı-dacaq. Geri qayıtmağa yol yoxdur, çünki hər şey dağılıb. Hər şey. Bir tikili belə qalmayıb. Hər şey dağılıb. Sözsüz ki, biz kömək edib şəhərləri, kəndləri yenidən quracağıq, onların əvvəlki adlarını qaytaracağıq. Çünki ermənilər bizə qarşı mədəni soyqırı¬mı törədiblər. Onlar işğal olunmuş ərazilərdə bütün məscidləri dağıdıb¬lar. Onlar məscidlərdə donuz və inək saxlamaqla bütün müsəlmanları təhqir edirlər. Onlar şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdiriblər. Bütün adlar qaytarılacaq. Biz öz torpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu, bi¬zim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail olacağıq”.
      Bu gün Azərbaycan tam başqa bir ölkədir! Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var. Xain hücumlar zərrə qədər də yolumuzdan döndərə bilməz! Ermənistanın digər bir məqsədi Azərbaycanı dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Heç kim dayandıra bilməz. Çünki haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik.

Əfqan Həsənov
Şirvan Gənclər Evinin direktoru

Keçidlər