Moskva anlaşmasında Azərbaycanın maraqlarına cavab verən maddələr qaneedici idi.
Sentyabrın 27-dən bəri həm Ermənistan, həm də onlardan alət kimi istifadə edən ölkələrin bəzi mətbuat vasitələri yazırlar ki, Azərbaycan Ordusunun Dağlıq Qarabağa hücumları nəticəsində çoxlu sayda dinc sakin həlak olur və mülki obyektlərə dağıdıcı zərbələr vurulur. Guya ona görə də Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından sonra sülhdən danışmaq mümkün olmayacaq. Azərbaycan Prezidentinin “Haber Türk”ə müsahibəsində isə bu əsassız ittihama olduqca aydın və konkret cavab verilir: “Sülhdən sonrakı dönəmə gəlincə, bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur. Bizim mövqe¬yimiz tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal olun¬muş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Prinsip etibarilə bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, – beş ra¬yon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən – orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıblar – Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində. Artıq biz sülhə daha da yaxınlaşacağıq. Ona görə orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur”.
Prezident qeyd edir ki, Azərbaycan çoxmillətli dövlətdir, ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşlarımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır: “Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olma¬sınlar. Biz onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşaya¬caq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların ri¬fahı daha da artacaq. Çünki orada indi səfalət hökm sürür”.
Dövlət başçımız müsahibəsində dedi ki, müharibə başa çatandan sonra, əlbəttə ki, nəinki bölgə, dünya dəyişəcək: “Artıq dəyişir. Hər kəs bizim gücümü¬zü gördü. Bizimlə hesablaşmaq səviyyəsi daha da artacaq. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Təbii ki, Türkiyə–Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşı¬yır. Türkiyə–Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir”.Yaxşı yadımızdadır. Otuz il idi ki. ermənilər müxtəlif səviyyəli danışıq və müzakirələrdə özlərinə sərf edən variantların tətbiqinə nail olur, Azərbaycanın mövqeyi nəzərə alınmırdı. İndi isə za¬man başqadır. Prezident İlham Əliyev türk televiziyasına verdiyi müsahibədə qətiyyətlə dedi ki, Moskva razılaşmasında bizim şərtlərimizdən kənarda hər hansı bir razılaşma mümkün deyildi. “Moskva anlaşmasında, açıqlamasında bizi qane edən, bizim maraqlarımıza cavab verən maddələr bizi təmin etdi. Onu da bildirməliyəm ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, bizim üçün məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bizim bundan xəbərimiz yox idi. Bizim Xarici İşlər nazirimiz Moskvaya gələndə və artıq müzakirə ma-sasına əyləşəndə hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və biz müntəzəm olaraq əlaqədə idik. Mən bi¬zim şərtlərimizi demişdim və o şərtlərdən kənarda hər hansı bir razılaşma mümkün deyildi”.
Bu müsahibədə region ölkələri və dünya ictimaiyyəti üçün önəm kəsb edən məqamlar da var idi. Belə ki, erməni ideoloqları və bəzi ermənipərəst siyasətçilər həmişəki kimi, yenə də əsassız iddialar irəli sürürlər ki, iş bərkə düşərsə – yəni Azərbaycan öz ərazi bütövlüyü¬nü bərpa etməkdə israrlı olarsa, onda Ermənistan dövləti və bəzi başqa ölkələr Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər. Bu barədə danışan Azərbaycan Prezidenti bütün dünyanın eşit¬diyi tərzdə deyir ki, Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir: “Çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxı-mından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda, bu cəhdlər səmərəsiz qalacaq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Baxın, Minsk qrupuna həmsədrlik edən ölkələr, onlar bizim ərazi bütövlüyümü¬zü tanıyırlar. Avropa İttifaqı ilə bizim “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Yəni, mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qaraba¬ğın müstəqilliyini tanısın. Çünki bundan heç bir saat keçməmiş bu ölkə ilə biz bütün diploma¬tik əlaqələrimizi kəsərik. Bu, mütləqdir. Ona görə Ermənistanın bu cəhdləri, sadəcə olaraq, daxilə, yəni, öz ictimaiyyətinə hesablanıb ki, sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər”.
Yeri gəlmişkən, Ermənistanın özünün Dağlıq Qarabağın müstəqilliyini tanımaq üçün gücü çatmır. Əgər gücü çatsaydı, dünya dövlətçilik tarixində ən başdanxarab dövlət başçısı olan Nikol Paşinyan “Dağlıq Qarabağ Ermənistandır” deməzdi. Bu qələti edəndən sonra “Dağlıq Qara¬bağ Ermənistan yox, müstəqil dövlətdir” ifadəsini necə, hansı üzlə dilə gətirə bilər? Amma o və onlar deyə bilərlər. Çünki dediyi sözü gündə azı iki dəfə dəyişmək onların xəstəliyidir.
Hüseyn İsmayılov,
Şirvan şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi