Ermənistanın terror siyasəti özünü bütün mahiyyəti ilə nümayiş etdirir.
İşğalçı Ermənistanın sentyabrın 27-dən başlayaraq ölkəmizə qarşı təxribat xarakterli hücumları bu ölkənin regionda və dünyada sülhə, sabitliyə sadiq olmadığını, beynəlxalq hüquqa zidd atdımlar atdığını bir daha nümayiş etdirdi. Azərbaycan Ordusu işğalçı Ermənistanın istənilən təxribatına layiqli cavab verərək, düşməni geri oturtdu. Lakin sentyabrın 27-dən başlayaraq Ermənistan daha geniş miqyasda Azərbyacana qarşı yenidən hərbi təxribata əl atdı. Azərbaycanın ərazi bütövlüyünü yenidən pozmağa cəhd etməsi artıq Ermənistanın işğalçı mahiyyətini bir daha nümayiş etdirdi. İki ölkə arasında humanitar atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan yenə də buna belə məhəl qoymadan əksinə olaraq bu dəfə günahsız, əliyalın dinc əhalini hədəf aldı. Atəşkəsin elan olunmasından dərhal sonra Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə düşmən tərəfindən raket zərbələrinə tutuldu. Bu nəinki müharibə qanunlarına, ümumilikdə insanlığa, humanizmə ləkə olacaq bir addımdır. Lakin başa düşmək lazımdır ki, bu Ermənistanın törətdiyi ilk belə hadisə deyil. Tarix dəfələrlə ermənilərin qeyri-insani hərəkətlərinə şahidlik etmişdir. Bu gün Ermənistan Azərbaycana qarşı işğalçılıq planlarını Yaxın Şərqdən muzdla gətirilmiş terrorçular hesabına həyata keçirir. Dünyanın beynəlxalq terrorizmə qarşı barışmaz mübarizə apardığı bir dönəmdə Ermənistanın Dağlıq Qarabağı terror yuvasına çevirməsi onun region və dünya üçün nə qədər təhlükəli ölkə olduğunu təsəvvür etmək çətin deyil. Azərbaycan Ordusunun rəşadəti qarşısında diz çökən Ermənistan bütün ümidlərini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bağlayır. Dəfələrlə dünya liderlərinə cavabsız yalvarışlarından sonra Ermənistan baş naziri KTMT-nin hərbi yardımını almaq üçün Azərbaycana qarşı açıq təxribata əl atmaqda davam edir. Dinc əhalini müharibədə dinc əhaliyə qarşı istifadəsi qadağan olunan olunan raketlərlə atəşə tuturlar. Bu artıq terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaq.
Elnur Novruzov,
1 nömrəli tam orta məktəbin direktor müavini