Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan Ulu Öndər Heydər Əliyev siyasətinə sadiqdir və bugünki uğurlar bu siyasətin məntiqi nəticəsidir.

19 oktyabr 2020 | 16:00

Azərbaycanın mövqeyi tarixi həqiqətə, beynəlxalq hüquqa, siyasi və geosiyasi reallıqlara əsaslanır. Dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan isə həmişə olduğu kimi  hərbi cinayətlər törədir. Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bu birinci Qarabağ savaşında da müşahidə edilib. Məhz Xocalı soyqırımını törədənlər həmin mənfur Ermənistandır. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Mülki şəxslər arasında insan itkisi davam edir, Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsi. Ermənistan hökumətinin köçürmə siyasəti, mülki əhaliyə atəş açılması Cenevrə Kon-vensiyasının kobud şəkildə pozulma¬sını göstərir. Ermənilərin bu cür  cinayət əməllərinin əsas səbəbi isə Azərbaycan ordusu tərəfindən ağır məğlubiyyətə uğramalarıdır. 25-30 il ərzində topladıqları bütün silah-sursat, hərbi texnika və avadanlıqlar ordumuz tərəfindən məhv edilib və ya ələ keçirilib. Cənab Prezident “A Haber” televiziya kanalına verdiyi müsahibədə qeyd etdiyi kimi,  Ermənistan ordusu müharibədə qısa zamanda əridi, yox oldu.  Ermənistan itkiləri hər gün dəyişən bir statistikadır. 200-dən çox tank məhv edilib, 33 tank qənimət kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi, iki S-300 sistemi məhv edilib. Təqribən 170 karqo maşını ya məhv edilib yaxud ələ keçirilib. Həmçinin 16 komanda mərkəzi məhv edilib. Hesablamalara görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam edir. Ermənilərin bu qədər texnikanı və canlı qüvvəsini itirməsi onları başqa cinayətlərə əl atmağa vadar edir.  Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə ölkəmizə qarşı vuruşmağa gələnlər Ağoğlan (Hadrut) isttiqamətində döyüşlərə hazırlaşırlar. Ermənistan tərəfi iddia edir ki, xaricdən gələnlər erməni əsilli könüllülərdir. Livan, Suriya və Latın Amerikasından gələn yaşı 30-dan çox olan “könüllü”lərin döyüşlərə qatılmazdan əvvəl ekspres təlim keçdikləri bildirilir. Onların sayı o qədər çoxdur ki, bir hissəsi Yerevanda gözləmə mövqeyindədir. Bu Ermənistanının bir daha terror dövləti olduğunu sübut edir. Lakin Azərbaycanın bu işlə məşğul ola bilən güclü kəşfiyyatı, muzdlu və ya qeyri- muzdlu erməni terror qruplaşmalarını ustalıqla dəf edə bilən yenilməz ordusu var.
   Uzun illər davam edən sülh danışıqları artıq hərbi əməliyyatlara çevrilib. Status-kvo artıq yoxdur, Azərbaycan status-kvonu dəyişdi. Bəli bu o deməkdir ki, ermənilərin ümüdləri gündən-günə puç olur. Çünki status –kvonun saxlanılması Ermənistanın əsas istəklərindən biri idi. Ali Baş komandanın rəhbərliyi ilə ordumuz  status-kvonu ləğv etdi. Azərbaycanın bu haqlı və ədalətli mübarizəsi bir çox ölkələr tərəfindən dəstəklənir. Qardaş Türkiyə və Pakistan ilk dəstək olan ölkələr oldu. Lakin onlardan sonra Moldova, Gürcüstan, Ukrayna, İsrail, Əfqanıstan və.s dövlətlər Azərbaycanın haqlı mübarizəsinə dəstək oldular.  Təbii ki, ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Türkiyənin ölkəmizə dəstək göstərməsindən və Türkiyənin gücündən narahat olan dairələr var. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir. Təbii ki, Türkiyənin Azərbaycanın yanında olması, dəstəkləməsi gücümüzə əlavə güc qatır.Türkiyə ilə hərbi sahədə işbirliyimiz gündən-günə möhkəmlənir.
   Haqq, ədalət və hüquq bizimlədir.  30 ilə yaxındır ki, mənfur düşmən tərəfindən pozulmuş ərazi bütövlüyümüzün bərpasında beynəlxalq hüquq normaları da bizim tərəfimizdədir. Bu baxımdan Milli Ordumuz öz uğurlu əməliyyatları ilə bir tərəfdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə imza atır, digər tərəfdən münaqişə ilə bağlı beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri sənədlərə uyğun hərəkət etməklə, beynəlxalq hüquq normalarının icrasını təmin edir. Başqa sözlə, cinayətkar və işğalçı erməni ordusundan fərqli olaraq, Azərbaycan Ordusu geniş mənada hüquq və ədalətin bərpası uğrunda döyüşür. Şübhəsiz ki, bu hüquq və ədalət ilk növbədə Azərbaycan xalqının itirilmiş haqqının, ədalətin bərpası ilə bağlıdır. Bugünkü mübarizəmizin də müqəddəsliyi məhz bundadır. Bu mübarizədə şəhidlərimiz də olacaq, qəhrəmanlarımız da. Lakin biz bu yoldan dönməyəcək, sonadək mübarizə aparacağıq. Bu mübarizənin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ali Baş komandan, cənab Prezident İlham Əliyev də hər zaman Ulu Öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Ulu Öndər Heydər Əliyev də, cənab Prezidentimiz İlham Əliyev də ordu quruculuğuna xüsusi önəm verib və bu gün biz bunun təzahürünü görürük.  Bu gün Azərbaycan Ordusunun potensialı bütün dünyanın gözü önündədir. Biz öz ləyaqətimizi müdafiə edirik, biz öz müstəqilliyimizi müdafiə edirik. Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın maraq¬larına xidmət edir. Azərbaycanın bir milyon insanı öz doğma tor¬paqlarına qayıdacağı günü gözləyir.  Biz  inanırıq ki,  işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldırılacaq. Qarabağ Azərbaycandır!.

Əfqan Həsənov
Şirvan Gənclər Evinin direktoru

Keçidlər