Vətən müharibəsi və milli birliyimiz siyasi sabitliyin təminatçısıdır.
Oktyabrın 17-də Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın hərbi cinayətinin təfərrüatları haqqında dünya ictimaiyyatına növbəti dəfə dolğun izahlar verdi. Bunlar onu şərtləndirir ki, Vətənimizin erməni işğalçılarıdan azad edilməsi uğrunda aparılan müharibədə işğalcı rejim döyüş meydanında məğlubiyyətə uğrayaraq, daha qatı cinayətə - mülki şəxsləri hədəf almaq yolunu tutmuşdur. Bu onların aciz və rəzil mahiyyətini ifadə edən yeni üsul deyil. XX əsrin insanlığa qarşı ən qatı cinayəti kimi Xocalı soyqırımını törədənlər bu gün də öz xislətini göstərməkdədir. Prezident İlham Əliyevin nitqi iki tərəfdən mühüm tarixi əhəmiyyətə malikdər. Ən əvvəl mülki vətəndaşlarımızın bu terrorun qurbanı olmasına baxmayaraq xalqın möhkəm iradəsinin olduğunu nümayiş etdirdi. Bununla belə Azərbaycan Ordusunun heç zaman mülki şəxslərə qarşı atəş açmadığını, Azərbaycan vətəndaşlarınin öz torpağında qürurla yaşadıqlarını və birmənalı olaraq xalqın yeganə amalının Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsi olduğunu israrla dünyaya bəyan etdi. Bu ümumxalq iradəsinin ifadəsidir.
İkincisi, Ermənistanın bütün terorçu planlarının fiaskoya uğramasını konkret faktlarla ortaya qoymuş oldu. Məlumdur ki, Ermənistan məğlub olduğunu görüb atəşkəs istəyinə nail olmaq üçün Rusiyanın vasitəçilik missiyasından istifadə etdi. Lakin cox çəkmədi ki, öz terrorçu xislətini göstərərək, Gəncə şəhərinə namərd hücumu təşkil etdi. Bu sərsəm siyasi–hərbi taktika isə Ermənistanın bütövlükdə bütün addımlarının fiaskoya uğradığını təsdiq etdi. Azərbaycan tərəfindən işğalçı layiq olduğu şəkildə növbəti dəfə cəzalandırıldı.Dövlət başçısının tarixi nitqində diqqəti o məqama yönəltməliyik ki, terrorçu rejimin bu yanlış və qatı cinayətkar addımları bir tərəfdən Ermənistanın ordusunu qısa zamanda əritdi, yox etdi, hərbi texniki imkanlarını iflasa uğratdı. O biri tərəfdən erməni xalqının genefonduna, təfəkkürünə layiq olduqları ağır məğlubiyyəti həkk etdirdi. Dağlıq Qarabağı nəzarətsiz bir əraziyə çevirən işğalcı rejimi Azərbaycan öz torpağından qovarkən onlara anlatdı ki, işğalçı sərsəm əməllərindən məcburi olaraq əl çəkməlidir. Əks halda onun xalqı üçün bu sağalmaz yaralara gətirib çıxaracaqdır.
Dövlət başçımızın daha bir tarixi fikri ilə qəti şəkildə bəyan etdi ki, xalqımızın malik olduğu sərvətlərin qanunsuz olaraq talanması və suveren hüquqlarımzın bu sahədə pozulmasına olan cəhdlərin qarşısı birmənalı olaraq yolverilməzdir. Məlumdur ki, Ermənistan Azərbaycanın təbii sərvətlərini talan edirdi. Kəlbəcərin qızıl yataqlarının, orada çıxan digər təbii qaynaqların qanunsuz istismar olunması ilə əzəli torpaqlarımızın Ermənistanın tapdağı altında saxlamaq cəhdlərini öz havadarlarının vasitəsi ilə həyata keçirməkdə idi. Dövlət başcısının və xalqımızın iradəsi bu tarixi haqqımızın özümüzə qaytarılmasıni mühüm addım kimi qarşıya qoymuşdur.
Bu gün heç kəsə sirr deyil ki, Paşinyan rejimi Ermənistanı dünyanın mafioz qüvvələrinin təsiri altında saxlamaqdadır. Özünü xarici mafioz qüvvələrin çirkli pullarının dəstəyi ilə sığortalamağa çalışan xunta rejimi Sorosun fondu ilə Rusiya arasında başıpozuq manevrlər etməklə terrorçu aktların, siyasi riyakarlığın obrazına çevrilmişdir
Azərbaycan Prezidenti həmin rejimin əməllərini olduğu kimi dünyaya izah etmiş, Dağlıq Qarabağda mövcud olan status-kvonun mahiyyət etibarı ilə Azərbaycan torpaqlarını işğal altında saxlanılmasına yönəldiyini, belə vəziyyətin qəbuledilməzliyini bəyan edərək, öz iradəsi ilə status-kvo aqoniyasını iflasa uğratmışdır. Dövlət başçısının bütün bu proseslərə yanaşması xalqın iradəsi ilə yanaşı həm də Azərbaycanın haqq, ədalətli mübarizəsini dəstəkləyən qardaş Türkiyə, dost Pakistan ölkələrinin, daha sonra Əfqanıstan, Bosniya və Herseqovina və digər ölkələrin dəstəyinə nail olmuşdur. Hamıya bəlli olan həqiqətdir ki, bu prosesdə ən çox dəstək göstərən qardaş Türkiyə dövləti olmuşdur. Təbii ki, hərbi dəstəkdən söhbət gedə bilməz.
Hazırkı mərhələdə əldə olunmuş çox vacib siyasi diplomatik uğurlarımızdan biri də odur ki, həmsədr ölkələrinə tərəfsizliklərini qorumağa dair etdiyimiz siyasi ədalətli təsirdir. Dövlət başcısı birmənalı olaraq bildirdi ki, “hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək bitərəf olsunlar. Bu günə kimi Fransanın addımları və yanaşması müsbətdir. Rusiya Prezident ofisindən verilən açıqlama isə tamamilə əsaslıdır. Hər iki tərəf buna razı olmalıdır. Bunun razılığı və bunun təqvimi verilməlidir. Bu gün fəal münaqişələr gedə-gedə bu haqda danışmaq bir qədər tezdir”. Bəli belə mövqe hesab edirik ki, həm də digər qonşu ölkələrin obyektiv mövqe tutmasına gətirib çıxarır. Qonşu İran və Gürcüstanın da bu məsələdə mövqeyi haqq ədalət çərçivəsində olmalıdır. Bölgədə sülhün təmin olunması üçün güclənən Türkiyə və Azərbaycan dövlətlərinin hərbi siyasi nüfuzu digər dövlətləri narahat etməməlidir. Ona görə ki, bu güc region və dünya üçün sabitliyin ədalətin qorunmasına xidmət edir. Tarixi faktlar müasir siyasi proseslər bunu sübut etmişdir və edir. Odur ki, əslində Türkiyənin de-fakto olaraq müzakirələrə qatılması sülhün əldə edilməsi və davamlı sabitlik üçün mühüm əhəmiyyət kəsb edir. Bu sahədə işbirliyinin daha da yüksək səviyyədə olması zərurəti, həm də Türkiyənin Azərbaycanda hərbi baza yaratması məsələsini heç zaman müzakirə mövzusu etməməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın geosiyasi mövqeyi və müdrik bəşəri təfəkkürünün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin milli və planetar təfəkkürünin sintezi sabitliyin, haqq ədalətin bərpasını bölgə xalqlarının həyatında bərqərar edən yeganə qüvvədir. Bütün proseslər onu göstərir ki, Azərbaycan xalqının iradəsi sarsılmazdır. Prezident İlham Əliyevi isə ən çox kədərləndirən Azərbaycanın itkiləridir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. “Vətən sağ olsun!”;
Bu gün Azərbaycan xalqının böyük xoşbəxtliyi isə odur ki, öz lideri ilə yekdil sarsilmaz birliyə sahibdir. O lider ki, hər zaman Ulu Öndərin yoluna sadiqdir. Nəbzi xalqın nəbzi ilə vurur. Bu yol xalqımıza ardıcıl tarixi qələbələr qazandıran alternativsiz yoldur.
Aynur Fərzəliyeva
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru.