Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda keçirilən reydlərin əhatə dairəsi genişlənir.

19 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında müzəffər ordumuz bu günlər cəbhədə erməni təcavüzünə layiqli cavab verir, uğurlu əks-hücum əməliyyatları ilə işğal altında olan torpaqlarımızı azad edir. Daxildə isə gizli düşmənə-COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.
    Şirvan şəhərində də  koronavirus infeksiyasına qarşı mübarizədə dövlətimiz tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər görülür.
   Şəhər İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargah üzvləri, mobil təbliğat qrupları, şəhər Polis şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyi və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə 18.10.2020-ci il tarixdə keçirilən reydlər zamanı 24 ictimai iaşə, 93 ticarət, 10 bərbərxana və gözəllik salonu və 9 digər obyektlərdə sahibkarlara, satıcı və alıcılara, xidmətdən istifadə edən vətəndaşlara karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar epidemioloji sahədə mövcud qanunvericilik geniş izah edilmiş, icrası məcburi göstərişlər verilmiş, dezinfeksiya məhlullarından, maskadan istifadə etmək, sosial məsafəni gözləmək, özlərində virusun simptomlarını hiss edən zaman dərhal təcili tibbi yardıma müraciət etmək, koronavirusun daşıyıcısı olan insanlardan özlərini təcrid etmək, koronavirusa tutulan xəstələri sağlam insanlar arasında, mağazalarda, ictimai yerlərdə gördükləri halda dərhal İcra Hakimiyyətinə məlumat vermələri barədə maarifləndirici söhbətlər aparılmış, karantin rejiminin qaydalarına ciddi əməl etmələri tövsiyə edilmişdir.
   Reyd zamanı sakinlərə izah edilir ki, bu virusa bir dəfə yoluxanlar da  maskadan mütləq şəkildə istifadə etməlidirlər. Heç kim arxayınlaşmamalıdır, çünki pandemiya hələ bitməyib. Maskadan, əl dezinfeksiyasından istifadə edilməli, sosial məsafə gözlənilməlidir. Avtobuslarda, ictimai nəqliyyatlarda qaydalara əməl edilməlidir. Hər kəs bilməlidir ki, ön cəbhədə əsgərlərimiz, arxa cəbhədə də həkimlərimiz vuruşur. Cəbhədəki qələbələrimizə kömək etmək istəyən hər kəs koronavirusdan qorunma qaydalarına əməl etməlidir. Bu sadə qaydalara əməl edənlər, həm də əsgərlərimizə, ordumuza kömək etmiş olur. Bir həkimin yoluxması onun 14 gün işdən aralı qalması deməkdir. Bu xəstəlik ordumuza sızarsa hərbiçilərimiz döyüşdən, mübarizədən ayrılmış olar. Ona görə də, qaydalara əməl etmək, virusdan qorunmaq lazımdır.
   Şəhərdə görülən qabaqlayıcı tədbirlər infeksiyaya kütləvi yoluxma hallarının qarşısını alır. Koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirləri, keçirilən reydlər şirvanlılar tərəfindən razılıqla qarşılanır.

Keçidlər