Şriftin ölçüsü :

Saytın rəngi :

Düşmənə və virusa qarşı mübarizədə şirvanlılar sıx birləşib.

20 oktyabr 2020 | 16:00

Ümumdünya Səhiyyə Təşkilatının koronavirus  infeksiyasına (COVİD-19) qarşı mübarizəyə yönəlik tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərar və tələblər Şirvan şəhərində də ardıcıl yerinə yetirilir.
    19 oktyabr 2020-ci il tarixdən respublikamızda təhsil müəssisələrinin fəaliyyəti payız tətilinin müddəti hesabına  dayandırılmış, bəzi rayon və kəndlərdə müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Qərara uyğun olaraq Şirvan şəhərinin təhsil müəssisələrində də zəruri qabaqlayıcı tədbirlər görülmüşdür. Şirvan şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Operativ Qərargahın üzvləri, mobil təbliğat qrupları koronavirus infeksiyası əleyhinə maarifləndirmə xarakterli reydləri daha da gücləndirmişdir.
    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə 19 oktyabr 2020-ci il tarixdə şəhər ərazisində fəaliyyət göstərən xidmət obyektlərində reydlər keçirilmişdir. Reydlərdə Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər Polis Şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyinin və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları iştirak edib. Keçirilən reydlər zamanı 28 ictimai iaşə, 91 ticarət, 14 bərəbərxana və gözəllik salonu, 12 digər xidmət obyektlərinə nəzarət edilib. Sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanılıb, satıcı və alıcılarla, habelə sahibkarlarla profilaktik söhbətlər, izahetmə-xəbərdarlıq işləri aparılıb. Reyd zamanı ictimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə də müvafiq söhbətlər edilib. Onlara gigiyenik vasitələrdən və tibbi maskalardan istifadənin, sosial məsafənin gözlənilməsinin zəruriliyi, qaydalara riayət olunmasının vacibliyi bir daha xatırladılıb. Qeyd edilib ki, koronavirus infeksiyası ilə mübarizədə görülmüş işlərin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır. Buna görə də kimliyindən, sosial statusundan, yaşından və vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş bu məsələdə məsuliyyətli olmalı, infeksiyaya qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməlidir.
    Sakinlər də öz növbəsində COVİD-19 infeksiyasının şəhər ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən razı qaldıqlarını, cəbhədə müzəffər ordumuzun əldə etdiyi qələbələrdən ruhlandıqların ifadə ediblər. Həm cəbhədə erməni işğalçılarına, həm də daxildə gözəgörünməz infeksiyaya qarşı mübarizədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın ətrafında sıx birləşdiklərini, onlara inandıqlarını və hərtərəfli dəstək göstərəcəklərini bildiriblər.
   Xüsusi karantin rejimi ilə əlaqədar koronaviris infeksiyasının yayılmasının qarşısının alınması və profilaktik tədbirlərə əməl olunması məqsədi ilə Şirvan şəhərində keçirilən reydlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər