Şriftin ölçüsü :

Saytın rəngi :

Ana laylası ilə yatıb raket səsi ilə əbədiyyata qovuşanlar.

20 oktyabr 2020 | 16:00

Dünya bir daha Ermənistan rəhbərliyin namərd və faşist əməllərinin şahidi oldu!.Bütün sivil dünya qüvvələri rəsmi Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa  sığışmayan əməllərin şahididir. Ermənistan qəsbkarlarının Azərbaycan xalqına qərəzli mövqeyi artıq danılmaz faktdır. Zaman-zaman Azərbaycan dövlətçiliyinə və xalqımıza yönəlmiş məkrli siyasət yürüdən mənfur düşmən hər bir fürsətdə öz  çirkin  əməllərini  həyata keçirir. Hər bir fürsətdən istifadə edən erməni  faşistləri  daim xalqımıza zərbələr endirməyə cəhd göstərib.Bu heç təəcüblü hal deyil. Ermənistan dövləti  Azərbaycan torpaqlarına  hər zaman göz dikmişdir. Oktyabrın 11-də gecə saatlarında düşmənin silahlı qüvvələri yenidən öz çirkin əməllərinə sadiq qalaraq, məhz gecə saatlarında Azərbaycan xalqına qarşı növbəti dəhşətli  və insanlıqdan uzaq cinayət törətdi. Gəncə hadisəsi məhz sentyabrın 27-dən başlayan müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu onun rəhbərliyinin ağ  bayraq qaldırmasından, onların dünya liderlərinə yalvarmasının nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında humanitar məqsədli müddətli atəşkəs rejiminin bərqərar olmasından sonra bu addım atıldı. Məhz bu ərəfədə düşmən öz  hiyləgər  prinsiplərinə sadiq qalaraq yenidən xalqımıza arxadan zərbə vurmağa  cəhd göstərdi. Gecə saatlarında əhalinin  sıx yaşadığı və Azərbaycanın ikinci paytaxt şəhəri sayilan Gəncəmizə gecə saatlarında, insanların yatdığı bir vaxtda raket atəşinə tutdu. Gəncə hərbi əməliyyatların getdiyi yerdən 60 kilometr aralıda yerləşsə də,bu şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulmasıyla bərabər, düşmən ölkənin  məqsədlərindən xəbər verir. Məqsədin nə olmasından asılı olmayaraq, ortada bir fakt dayanır. Ermənilərin qürurla öyündükləri Ermənistan ordusu Azərbaycan  ordusu ilə üz-üzə, təkbətək döyüşmək yerinə, dinc sakinləri,silahsız qadın və uşaqları hədəf alır. Bu təəccüblü hal deyildi. Tülkü xislətli düşmənin hər zaman əl atdığı siyasət məhz budur. Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs  razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması  barbarlığın  növbəti nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli şəkildə atəşə tutması beynəlxalq hüququn normalarına, o cümlədən beynəlxlq humanitar hüquq  və Cenevrə Konvensiyalarına məhəl qoymadığını və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirdi.Gəncə şəhərinin raket atəşinə tutulması  zamanı xalqımızı sızladan ən acı məqam məhz körpələrin həlak olması oldu.İnana bilmirsən ki, insan adlı bir varlıq bu dərəcədə  qəddarlığın sahibi ola bilsin. Təkcə uşaqlarla bağlı  onların həyata keçirdikləri qətl hadisələrinin xronoloji ardıcıllığını nəzərdən keçirəndə adamın ürəyi sızlayır. Təbiətdə də vəhşilər arasınada bu cür  münasibətin mövcudluğu müşahidə edilməyib. Beynəlxalq humanitar  hüququn norma  və prinsiplərini, o cümlədən elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanlarıın məqsədli şəkildə öldürülməsi müharibə cinayətidir və  Ermənistan rəhbərliyi  bu cinayətə görə məsuliyyət daşıyır. Dinc əhalinin, günahsız insanların, körpələrin öldürülməsi,qəsdə və açıq şəkildə hədəflənməsi Ermənistan hərbi -siyasi  rəhbərliyin əsl simasını bir daha dünyaya göstərdi. Bu insanlığa və bəşəriyyətə yönəlmiş cinayətdir.Gəncə hadisəsində qadınların və uşaqların ölümü çox acınacaqlı bir hal idi.Məhz bu səbəbdən bir daha vurğulamaq  istəyirəm ki, dünya ictimaiyyəti erməni təcavüzünə və terroruna biganə qalmamalıdır və bu hadisələrə göz yummamalıdır.Terrorçu dövlət bu əməli ilə  bir daha göstərdi ki,bu dirnağarası dövlət iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də BMT -nin "Uşaq hüquqları haqqında Konvensiyası"nın tələblərini kobud şəkildə pozub.Azərbaycan dinc əhalisin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan  Ermənistanın ölkəmizə qarşı bu hərbi təxribatları,insanların təkcə  fiziki və maddi cəhətdən deyil,mənəvi-psixoloji baxımdan da ağır və riskli vəziyyətdə qalmalarına ,yaşamaq,təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq  hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olur.
    Ermənistanın insanlığa sığmayan bu kimi hərbi cinayətləri əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu hal beynəlxalq  təşkilatlarını ciddi şəkildə düşündürməli,narahat etməli və işğalçı Ermənistan dövlətinə  qarşı cəza tədbirləri görülməlidir. Dünya dövlətlərinin  sülh şəraitində yaşamasına,əhalinin rifah halının davam etməsinə bu dövlət bir təhlükə mənbəyidir.Bu mənfur düşmənə,uşaq qatillərinə,qəsbkar siyasətə qarşı tez bir zamanda tədbir görülməlidir. Şəhid analarının, körpələrinin canına qıyılmış  ailələrin,valideynlərini itirmiş körpələrin ahı yerdə qalmamalıdır. Bu qisas alınmalıdır! Məhz bu yöndə xalqımız  və bütün türk dünyası Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevə və xalqımızın güclü ordusuna  güvənirik. Artıq savaş anıdır. Geri dönüş yoxdur. Bütün xalqımız bu amalla ayaqdadır. Qələbənin sevincini yaşamağı arzulayırıq. Bu qan yerdə  qalan deyil! Terrorçu dövlət torpaqlarımızdan çıxarılmalıdır. Hər axan qanın qisası alınmalı,hər bir körpə fəryadının əvəzi çıxılmalıdır. Xalqımız və ordumuz bu amalla irəliləyir. İnanırıq ki,zəfər bizimlədir. Tezliklə qələbə  xəbərini bütün dünyaya duyuracağıq. Bu yolda Şanlı Ordumuza   zəfər arzulayırıq. Tezliklə üçrəngli bayrağımız bütün işğal olunmuş torpaqlarımızda dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Nəmidə Namini
Şirvan  şəhər Mədəniyyət Mərkəzinin direktoru

                :

Keçidlər