Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu.

20 oktyabr 2020 | 16:00

Hələ Aprel döyüşləri və Tovuz hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi birlik bir daha hər kəsdə əminlik yaradıb ki, məcburi köçkünlərimiz öz əzəli torpaqlarına mütləq geri qayıdacaqlar. Son erməni təxribatlarından sonra Böyük qayıdışın reallaşması üçün ciddi zəmin yarandı. Prezident İlham Əliyevin xalqa müraciəti, hərbi vəziyyətin və qismən səfərbərliyin elan edilməsindən sonra insanların böyük əhval-ruhiyyə ilə döyüş meydanına yollanması, Ali Baş Komandana ünvanlanan çoxsaylı müraciətlər bir daha göstərir ki, Azərbaycan xalqının vətənpərvərlik hissi ən yüksək səviyyədədir.
   Böyük iqtisadi imkanlara, möhkəm beynəlxalq mövqeyə, güclü orduya malik Azərbaycan tarixi ədaləti bərpa etmək əzmindədir. Düşmən isə hər zaman olduğu kimi, yanlış informasiyalar yayır, əhalisini aldatmağa, itkilərini gizlətməyə cəhd edir. Əlbəttə ki, yalanın ömrü uzun olmur, gec-tez bütün həqiqət bütün dünyaya, eləcə də erməni əhalisinə məlum olacaq.
   “Ermənistanın rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Ermənistanın faşist rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması nəticəsində mülki əhali həlak olub, yaralanıb. Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu. Bütün sivil dünya qüvvələri rəsmi Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sıxışmayan əməllərin şahididir. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55 dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində səsləndirib.
   Oktyabr 17-də xalqa müraciəti zamanı Prezident İlham Əliyev: “Aparılan döyüşlər Ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir” dedi. Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq nümayiş etdirmiş ordumuz haqqı bərpa edir. Azərbaycan Ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəlir. Müzəffər Azərbaycan Ordusu şərəfli missiyanın öhdəsindən gələ bilir. Qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi. Azərbaycan Ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Strateji məntəqə və yüksəklikləri əldən edən Azərbaycan Ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar səviyyəsindədir.
Cənab Prezident vurğulayıb ki, Azərbaycan Ordusu öz xilaskar missiyasını yerinə yetirir. 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib. Azərbaycan xalqının dönməz iradəsi və Ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaqdır. Azərbaycan hökuməti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır. İşğaldan azad olunmuş bütün ərazilərdə məscidlər bərpa olunacaq və oralardan azan səsi eşidiləcək. Bu şərəfli missiyadır və Ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir.
   Biz haqq-ədalət tərəfindəyik, deyən ölkə rəhbəri qürurla bütün dünyaya bəyan edib ki, biz tarixin ən şərəfli anlarını yaşayırıq. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq.
   Prezident İlham Əliyevin xalqa müraciəti hər bir azərbaycanlıya qürur hissi yaşatdı “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik”.
  Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!

Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşı, 
      Elşad Hüseynov

Keçidlər