"Haqlı olan Azərbaycan Ordusu öz döyüş gücünü göstərir".
Oktyabrın 17-də Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində müzəffər Azərbaycan Ordusunun daha bir neçə yaşayış məntəqəsini işğaldan azad etdiyini bildirib.
Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımın¬dan bu gün döyüş meydanında tam üstünlüyə sahib olubdur.
Döyüş əməliyyatlarının davam etdiyi günlər ərzində Azərbaycan Or¬dusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə bərabər, ərazini düşmən qüvvələrindən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri, silah-sursat anbarları məhv edilib.
Prezident İlham Əliyev xalqa müraciətində, həmçinin Azərbaycan Ordusunun döyüşlərdə şücaət göstərdiyini, mərdlik, qəhrəmanlıq nümayiş etdirdiyini diqqətə çatdırıb: “Düşmən öz xalqına nağıllar danışır, yalan danışır. Faktları saxtalaşdırır, öz xalqını aldatmaq istəyir, beynəlxalq aləmi aldatmaq istəyir ki, guya onlar hücuma keçirlər, onlar bizim bəzi mövqelərimizi geri alıblar. Hamı¬sı yalandır. Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanın¬da qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Azərbaycan əsgər və zabiti yüksək mənəvi psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaq¬larımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil.”
Azərbaycan Ordusunun zəfər yürüşü onun sıralarındakı cəsur və mərd oğulları tərəfindən gerçəkləşir. Gənclərimizin cəbhədə bir-birinin ardınca uğurlar əldə etmələri, düşmənlə təmas xəttində döyüş şücaətləri göstərmələri və xalqımızın illərdən bəri gözlədiyi Böyük Qələbə salnaməsinin ilk səhifələrini yazmaları hər bir vətəndaşımızda ruh yüksəkliyi yaradır, orduya inam, qələbəyə əminlik hissini gücləndirir. Bu gün hamımız inanırıq ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq. Azərbaycanın apar¬dığı bu savaş möhtərəm dövlət başçı¬mız İlham Əliyevin dediyi kimi, haqq mübarizəsidir, haqq davasıdır. Çünki işğala məruz qalan, bir milyondan ar¬tıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal altında olan, məhz xalqımızdır, Azərbaycandır.
Dövlətimizin başçısı Azərbaycan Ordusunun güc-qüdrəti haqqında danışarkən, deyib: “Ordu qurucu¬luğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”. Azərbaycan Prezi¬denti möhtərəm İlham Əliyev uzun illər ən yüksək tribunalardan daim bəyan edib ki, əgər münaqişənin həllində sülh danışıqları səmərə verməsə, işğal altındakı torpaqlarımız hərbi yolla azad ediləcək.
Düşmən döyüşdə uduzduğunu anla¬dığına görə, təxribatlara əl atmaqla, mülki vətəndaşlarımızı atəşə tutmaq¬la, infrastrukturumuzu dağıtmaqla qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də olsun hörmət etmədiyini bir daha təsdiqləyir. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini yerinə yetirməyən Ermənistan hazırda mülki insanları atəşə məruz qoy¬maqla yeni-yeni cinayətlər törədir. Gəncədə törətdiyi terror aktı bunun bariz ifadəsidir. Lakin işğalçı dövlət bilməlidir ki, Azərbaycan Ordusu erməni faşizminin layiqli cavabını verəcək və onu etdiyi hər cinayətə, vəhşiliyə görə cəzalandıracaq.
Azərbaycan xalqının vətənpərvərlik hissi ən yüksək səviyyədədir.“Biz haqq yolundayıq. Bi¬zim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qa¬rabağ Azərbaycandır!”
Pənah Xankişiyev,
Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin sədri