Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qızıl hərflərlə şanlı bir tarix yazır.

19 oktyabr 2020 | 16:00

Erməni vəhşiliyi, vandalizmi tarixin müxtəlif dövrlərində özünü bütün çılpaqlığı ilə büruzə vermişdir. Barbarlığı, vandalizmi həyat tərzinə çevirən ermənilər dünyanın hansı tərəfində yaşamalarından asılı olmayaraq bu xüsusiyyətləri hər zaman özləri ilə daşımışlar. Onlar bütün dünyaya özlərini məzlum xalq kimi göstərməyə çalışsalarda bəşəriyyət zaman-zaman insanlığa sığmayan erməni vəhşiliyinin şahidi olmuşdur və bu gün də olmaqdadır. Oktyabrın 17-də gecə saatlarında Gəncədə dinc əhalinin raketlərlə atəşə tutulması, uşaqların, qocaların, qadınların bir sözlə günahsız dinc sakinlərin misli görülməmiş vəhşiliklə qətlə yetirilməsi, yaşayış binalarının darmadağın edilməsi insanlıq adına ən böyük vəhşilik və cinayətdir. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55 dən çox insan ciddi yaralanıb. Bu açıq-aşkar bir qətliamdır. Tarixdə soyqırımlar, qətliamlar törətməkdə bərabəri olmayan, bəşəriyyətin üz qarası, vəhşi bir xalqın növbəti əsəridir. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar. Lakin rəşadətli ordumuz düşmənin xaincəsinə törətdiyi bu qətliamın qisasını yerdə qoymadı. Azğın düşmənin bütün mövqeləri, xeyli sayda canlı qüvvəsi silah və texnikaları ordumuz tərəfindən darmadağın edildi. Qorxudan lərzəyə düşən ermənilər silah və sursatlarını, hərbi hissələrini qoyub qaçmaq məcburiyyətində qaldı. Gəncənin qisası döyüş meydanında alındı. Elə həmin gün Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edildi. Pərən-pərən olmuş ermənilər acı məğlubiyyətə düçar edildi. Bir daha sübut olundu ki, azğın düşmənin istənilən həmləsinə ən ağır şəkildə cavab verəcək güclü, rəşadətli ordumuz var. Elə bir ordu ki, Ali Baş Komandanın əmrinə müntəzir olub düşmən üzərinə şığımağa, onu məhv etməyə hər zaman hazırdır. Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaqdır. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq xalqımızın iradəsinə təsir edə bilməz. İndi Azərbaycan qızıl hərflərlə şanlı bir tarix yazır. Bu tarixin hər səhifəsində Ali Baş Komandan İlham Əliyev imzası vardır.Xalqımız Ali Baş Komandanın komandanlığı altında böyük qələbələrə doğru addımlayır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Arif Əliyev,
Şirvan şəhər 10 nömrəli tam orta məktəbin direktoru

Keçidlər