Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda koronavirusla mübarizə çərçivəsində reydlər davam etdirilir

21 oktyabr 2020 | 16:00

Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı hərbi əməliyyatların aparıldığı mürəkkəb bir dövrdə koronavirusa qarşı mübarizədə səfərbər olmaqla həm ordumuza, həm də dövlətimizə dəstək göstərmək hər kəsin vətəndaşlıq borcudur. Şəhərimizdə yerləşən müvafiq qurumların səmərəli tədbirləri ilə yanaşı, vətəndaşların da müvafiq tövsiyələrə intizamla əməl etməsi sayəsində lazımı nəticə əldə edilməsi mümkündür.
Koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Şirvan şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən mobil qruplar tərəfindən şəhər ərazisində növbəti reydlər keçirilmişdir.
   20 oktyabr 2020-ci il tarixdə şəhər ərazisində fəaliyyət göstərən xidmət obyektlərində keçirilən reydlərdə Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər Polis Şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyinin və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları iştirak edib. Keçirilən reydlər zamanı 18 ictimai iaşə, 103 ticarət, 11 bərəbərxana və gözəllik salonu, 10 digər xidmət obyektlərinə nəzarət edilib. Sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanılıb, satıcı və alıcılarla, habelə sahibkarlarla profilaktik söhbətlər, izahetmə-xəbərdarlıq işləri aparılıb. Reyd zamanı ictimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə də müvafiq söhbətlər edilib. Xüsusilə, insanların sıx toplaşdığı yerlərdə, bazar ərazisində, qapalı məkanlarda, iş yerlərində, ictimai nəqliyyatda karantin rejiminə daha ciddi əməl olunmasının vacibliyi vurğulanıb. Sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tövsiyələr verilib. Vurğulanıb ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və cəmiyyətin digər üzvlərini qorumaq üçün qəbul olunmuş sanitar gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da belə davranışa dəvət  etməlidir. Kütləvi tədbirlərin, dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin qadağan olunması virusun yayılmasının qarşısının alınmasına, insanların sağlamlığının qorunmasına xidmət etməsi barədə sakinlərə ətraflı məlumat verilib.
   Reydlər zamanı vətəndaşlar COVİD-19 infeksiyasının şəhər ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən razı qaldıqlarını, həm cəbhədə düşmənlə, həm də təhlükəli xəstəliklə mübarizə aparan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın ətrafında sıx birləşdiklərini  bildiriblər. Şirvan sakinləri əminliklə vurğulayıblar ki, dövlətimizin xalqın sağlamlığı üçün atdığı addımlar yalnız ümumxalq mənafeyinə xidmət edir və ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir.
Xüsusi karantin rejimi ilə əlaqədar koronaviris infeksiyasının yayılmasının qarşısının alınması və profilaktik tədbirlərə əməl olunması məqsədi ilə Şirvan şəhərində keçirilən reydlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər