Şriftin ölçüsü :

Saytın rəngi :

Yolumuz haqq yoludur, ədalət yoludur, zəfər yoludur!

22 oktyabr 2020 | 16:00

Müzəffər ordumuz möhtəşəm qələbələrlə tarixi ədaləti bərpa edir. 30 ilə yaxın davam edən işğala son qoymaq üçün başlanan bu ədalət savaşında Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında şanlı ordumuz xalqımıza qələbə sevincləri bəxş edir. Məhvə sürüklənən düşmən ordusu silah və texnkalarını döyüş meydanında qoyaraq qaçmaq məcburiyyətində qaldı. Düşmən Azərbaycan Ordusunun gücünü bir daha gördü. Artıq məğlubiyyətin acı həqiqəti ilə barışmaq məcburiyyətindədir. Hərbi əməliyyatların başlanmasından indiyədək düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. 20 oktyabr tarixində Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O cümlədən: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olundu. Bu xalqımızın tarixi qələbəsidir. Bu qələbələr bizi böyük tarixi zəfərə daha da yaxınlaşdırır. Xalqımız Ali Baş Komandanın qələbə xəbərlərindən ilhamlanaraq tarixi torpaqlara qayıdış gününü səbirsizliklə gözləyir. Ali Baş Komandanın qeyd etdiyi kimi “Azərbaycan xalqı öz torpaqlarda yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləckdir”. Qazanılan hər bir zəfər xalqımızda ümid çırağı yandırır. Bu zəfər yolunda xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək inamla addımlayır. Bəli yolumuz haqq yoludur, ədalət yoludur, zəfər yoludur! Yolumuz Qarabağadır!  Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!


Elçin Həsənov,
Şirvan Şəhər Təhsil Şöbəsində Metodkabinetin müdiri

Keçidlər