Şirvan şəhər Bayramlı qəsəbəsində yerləşən yenidən inşa edilən binanın açılış mərasimi keçirildi.
20 avqust 2014 | 15:00
20.08.2014-cü il tarixdə saat 18.00-da Şirvan şəhər Bayramlı qəsəbəsi M.Ə.Sabir küçəsi 6 saylı ünvanda yerləşən qəzalı vəziyyətdə olan yaşayış binası sökülərək, yerində yenidən inşa edilən 2 mərtəbəli, 12 mənzilli yaşayış binasının açılış mərasimi keçirildi. Açılış mərasimində Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, şura üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, ictimai-siyasi təşkilatların rəhbərləri və 150 nəfər qəsəbə sakini iştirak etdi.