Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir
Azərbaycan torpaqlarının işğala məruz qaldığı bütün dünyaya məlum olsada və münaqişənin həlli, torpaqların qeyd–şərtsiz azad edilməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının mühüm qətnamələrinin olmasına baxmayaraq dövlətimiz uzun illər səbr- təmkin nümayiş etdirmiş, sülh danışıqlarına üstünlük vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibədə də bir daha xatırlatmışdır ki, “Biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxaq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və hazırlaşırdıq. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejmini kobud şəkildə pozdu”.
Dövlətimizin başçısı bütün müsahibələrində tarixi faktlara, real göstəricilərə, gördüyü hadisələrə əsaslanır və həqiqətləri açıqlığı ilə ortaya qoyur, yalana, böhtana, saxta mülahizələrə istinad edənləri susdurmağa nail olur. Azərbaycanın həmişə sülh tərəfdarı olduğu, beynnəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərar və qətnamələrinə hörmətlə yanaşması, bəşəri dəyərləri üstün tutması və insanların firavanlığı, xoşbəxt həyatı uğrunda mübarizə apardığı bütün dünyaya məlumdur. Məhz buna görə də dövlət rəhbərimiz, xalqımız 30 il ümidlə yaşayıb, torpaqlarımızın azğın düşməndən təmizlənməsi üçün beynəlxalq təşkilatların, ATƏT- in Minsk qrupunun, dünya dövlətlərinin hərəkətə keçməsini, təcavüzkara təsir etməsini gözləyib. Ancaq biz gözlədiklərimizin əksini gördük. Lazımi təsir göstərilməyən Ermənistanın hərbi – siyasi rəhbərliyi azğınlaşdı, yeni torpaqlar işqal etmək həvəsinə düşdü, daimi olaraq atəşkəsi pozdu, dinc əhalimiz qətlə yetirildi, mülki obyektlərimizə, şəhər və kəndlərimizə ziyan vurub hissiyyatımızla oynamağa başladı. Sözsüz ki, Azərbaycan xalqı Ermənistan rəhbərlərinin bu yaramaz, təcavüzkar hərəkətlərinə dözə bilməzdi.
Azərbaycan Prezidentinə ünvanlanan müraciətlərdə də bu daimi səsləndirilir və dövlətimizin başçısı da torpaqlarımızın azğın düşməndən azad olunacaq günün gəlcəyini bildirilir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev müxbirin suallarına cavab verərkən bildirdi ki, biz cəbhədə uğurlar qazansaq da bir çox yaşayış məntəqələrimizi, şəhər və kəndlərimizi düşməndən azad etsək də “ATƏT”- in həmsədrlərinin, xüsusilə qonşumuz Rusiyanın atəşkəs təşəbbüsünə ciddi yanaşdıq və danışıqlara əməl etdik. Ancaq Ermənistan öz təcəvüzkar siyasətinə sadiq qalaraq bir saat olsun belə atəşkəsə əməl etmədi. Bir neçə dəfə Gəncəni digər şəhər və kəndlərimizi yenidən raket atəşinə tutdu, çoxsaylı, insanı – uşağı, qoca və qadını qətlə yetirdi, yüzlərlə mülki obyekti dağıtdı, məhv etdi. Əlbətdə belə olan halda Azərbaycan Ordusu gözləyə bilməzdi. Dövlətimizin rəhbəri bildirmişdir ki, biz mülki əhaliyə atəş açmasaqda, ancaq Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi – texniki potensialını praktiki olaraq məhv etmişik. “Biz mübarizəmizi düşmən torpaqlarımızdan tamamilə çıxana kimi davam etdirəcəyik” fikrində olan Prezidentimizin inamı, qətiyyəti öz xalqından güc alır və əlbətdəki bu gələcək qələbələrimizi təmin edəcəkdir.
Bəli, ermənilər bizim iradəmizi qıra bilmədilər. Çünki hamıya, hər yerdə haqqı deyən, ədalətli danışan İlham Əliyev kimi Ali Baş Komandanımız və düşmənə haqqın harada olduğunu göstərən Silahlı Qüvvələrimiz vardır. Allah Ordumuzu qorusun! Qarabağ Azərbaycandır!
Pərvanə Babayeva,
Şirvan şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı