Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan humanitar atəşkəsə əməl etmir.

22 oktyabr 2020 | 16:00

Dövlət başçımızın Rusiyanın TASS İnformasiya Agentliyinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər bir daha onu sübut etdi ki, Azərbaycan tərəfi münaqışənin sülh yoluyla nizamlama prinsiplərinə hər zaman sadiq olub və işğalçı, terrorçu Ermənistandan fərqli olaraq bir sivil dövlət kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməyə həmişə hazırdır. Bəllidir ki, Moskva danışıqlarından sonra da Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri birtərəfli qaydada yerinə yetirməyə davam edir və münaqişənin dinc yolla, sülh yolu ilə həllinə üstünlük verir. Lakin danışıqlardan heç 24 saat keçməmiş Ermənistan silahlı qüvvələri gecə vaxtı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutmaqla misli görünməmiş terror hadisəsi törətdi. Bu terror aktı nəticəsində bizim çoxlu sayda mülki sakinlərimiz həlak oldu. Ölən və yaralanan insanlar arasında körpə uşaqlar, qocalar və qadınlar çoxluq təşkil edir.
      Ermənilərin uşaq və qadın qatili olduqlarını nəinki biz, az qala bütün dünyanın yaxşı bildiyini qeyd edən MHP sədri Xocalı qətliamının buna əyani misal olduğunu bildirib. İndi qoy bütün dünya ictimaiyyəti də erməni vəhşiliklərini görsün və bilsin. Hərçənd ki, dünya birliyi elə o zaman da Xocalıda baş verən dəhşətli soyqırıma biganə yanaşmışdı. Amma ümid edirik ki, bu biganəlik bizim günlərdə bir daha təkrarlanmayacaq. Heç kəsə sirr deyil ki, Ermənistan tərəfi real döyüş meydanında məğlubiyyətlərini ört-basdır etmək üçün mülki sakinlərimizi hədəf alır. Bu isə hərbi cinayətdir. Vəziyyətin bu cür qaynar fazaya daxil olmasında Azərbaycanın təqsiri yoxdur. Bütün təqsir işğalçı siyasət yürüdən hazırki Ermənistanın rəhbərliyinin üzərinə düşür. Ermənistanın baş naziri Nikol Paşinyan vəziyyətin bu həddə çatmasında şəxsən günahkardır.
     Prezident İlham Əliyev TASS-ın müxbirinə müsahibəsində tamamilə haqlı olaraq qeyd etdi ki, Ermənistan tərəfi heç bir beynəlxalq konvensiyaları və qanunları tanımır, əldə olunan humanitar atəşkəsin prinsiplərinə belə məhəl qoymaq istəmir. Bəli, biz 30 il gözlədik ki, işğal altında olan torpaqlarımızı sülh yolu ilə, qarşılıqlı kompromis yolu ilə azad edək. Ermənistan tərəfi isə daim məsələnin həllini uzadaraq imitasiya edirdi. Lakin rəşadətli Azərbaycan Ordusu bu imitasiyalara, bu hiyləgər diplomatiyaya birdəfəlik son qoydu və indi torpaqlarımızı işğaldan azad edir.
    Ordumuzun azad etdiyi əraziləridə düşmən tərəf çox güclü istehkamlar qurubmuş. Cənab Prezident də bu faktı sözügedən müsahibəsində qeyd etdi. Düşmən tərəf işğal etdiyi Azərbaycan rayonlarının, kəndlərinin hətta adlarını da dəyişirmiş. Bütün bunlar isə onu göstərir ki, Ermənistan tərəfi işğal etdikləri ərazilərimizi əslində bizə geri qaytarmaq fikrində olmayıb. Bu müddət ərzində Ermənistan tərəfinin mövqeyi daim sülhə mane olub. Xüsusən də son iki illik dönəmdə Ermənistan tamamilə qeyri-konstruktiv mövqedən çıxış edib. Lakin düşmən bilməliydi və bilməlidir ki, onlar işğal etdikləri əraziləri bir gün mütləq geri qaytarmalı olacaqlar. İşğal nəticəsində öz ata-baba yurdlarından qaçqın və məcburi köçkün düşən bir milyondan çox soydaşlarımız öz evlərinə geri qayıtmalıdırlar. O gün bu gündür. İndi Azərbaycan Ordusu düşməni buna məcbur edir".

Hüseyn İsmayılov,
Şirvan şəhər Gənclər və İdman İdarəsinin baş  məsləhətçisi

Keçidlər