Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın Cənab Ali Baş Komandana olan inamı dövlətimizin gücünü artırır.

22 oktyabr 2020 | 16:00

Dağlıq Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq insani əxlaqa, qanuna, beynəlxalq hüquqa zidd əməllərdir. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır. Azərbaycan 30 ilə yaxındır ki, ermənilər tərəfindən  işğal olunan ərazilərin sülh yolu ilə geri qaytarılması üçün səbrlə danışıqlar aparırdı. BMT Təhlükəsizlik Şurasının icra olunmamış qətnamələrinə məhəl qoymayaraq Ermənistan höküməti nəinki işğal etdiyi torpaqları sülh yolu ilə geri qaytarmaq hətta öz məkirli siyasətindən əl çəkməyib yeni ərazilər işğal etməyə cəhd göstərdi. Heç bir danışıqlara məhəl qoymayan düşmənin bu düşüncəsi ölkəmizi haqlı olaraq öz doğma ərazilərimizdə - Qarabağda əkshücum və anti-terror əməliyyatlarını həyata keçirməyə vadar etdi. Ölkəmiz öz problemini özü həll edə biləcək gücdədir və ona görə də münaqişəni özümüz həll edirik. 19 oktyabr 2020-ci il tarixdə Cənab Ali Baş Komandan İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə verdiiyi müsahibədə bir daha qeyd etdi ki, status-kvonu Azərbaycan məhv edib. 30 ilə yaxın səbr nümayiş etdirən xalq öz məsələsini özü həll edir. Azərbaycan döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirib.
   30 ildir bizim torpaqlarımızda oturub bizə meydan oxuyan düşmənə bu gün rəşadətli Azərbaycan Ordusu tərəfindən layiqli cavablar verilməkdə, işğal etdikləri ərazilərdə keçirdikləri bu 30 ilin hər bir gününün hesabını qanları ilə verməyə vadar edir. Aprel zəfərinin ardınca ordumuz bütün dünyaya bir daha bunu sübut edir ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Cənab Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və işğaldan azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın. Xalqımız Ali Baş Komandana inanır, ona etimad göstərir. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi daha da yaxınlaşdırır. Xalqımızın dəstəyi və milli həmrəylik qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaradır. İşğal olunmuş torpaqların qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün döyüş meydanında həll olunur.
   Döyüş meydanında Azərbaycan Ordusunun üstünlüyü heç kimə sirr deyil. Bütün dünya televiziya kallarında ordumuzun çox sürətlə irəlilədiyi nümayiş olunur. Bütün ölkələr ordumuzun döyüş qabiliyyətinə həsəd aparır. Qafqazın ən güclü,  modern, hazırlıqlı ordusu olan  Azərbaycan Ordusu bu günlərdə şanlı tarix yazır. Bizim yolumuz haqq yoludur və bu yolda sonuna qədər gedəcəyik. Bügünkü gündə Azərbaycan əsəgrinə yenilməzlik gücü verən 1990- cı ildə Qanlı Yanvar hadisələrində sevgiləri nakam qalan İlham və Fərizənin, 1992-ci ildə Xocalı Soyqırımda amansızlıqla qətlə yetirilən körpələrin ahıdır.
   Azərbaycan Ordusunun zərbələri qarşısında aciz qalan düşmənin vəziyyətdən çıxış yolu münaqişə bölgəsindən uzaq olan Migəçevir və Gəncə şəhərlərini - dinc əhalini hədəf almaq oldu. Gəncə şəhərinin böyük dağıdıcı gücə malik olan raketlərlə bombalanması insanlığa qarşı törədilmiş cinayətdir, terror hadisəsidir. Gecə vaxtı, qəsdən mülki əhaliyə qarşı törədilmiş cinayət erməni faşizmin təcəssümüdür. Münaqişə zonasından uzaqda yaşayan, əli silahsız insanları hədəf almaq və arsızca bu məsuliyyətdən boyun qaçırmaq xalqımızın görmədiyi bir hadisə deyil. Çünki Ermənistan 1990-cı illərdə tutduğu əməli yenidən təkrarladı. Bu addımla Ermənistan hakimiyyəti özlərinin bir terror dövləti qurduqlarını bütün dünyaya göstərmiş oldu. Buna baxmayaraq Azərbaycan Ordusu işğal altında olan əraziləri azad edərkən heç bir dinc əhalini hədəf almadı və bununla da ordumuzun haqq yolunda olduğu bir daha özünü isbatlamış oldu.
   27 sentyabr 2020-ci il tarixdən həyata keçirilən əks-hücum nəticəsində ordumuz tərəfindən düşmənin xeyli sayda texnikası məhv edilmişdir. Eyni zamanda ordumuzun qüdrəti qarşısında aciz qalan düşmənin döyüş meydanında atıb qaçdığı silah-sürsat və texnikası Azərbaycan Ordusu tərəfindən döyüş qəniməti olaraq götürülmüşdür. Düşmənin məhv edilmiş və hərbi qənimət olaraq götürülmüş texnikasının dəqiq rəqəmləri Cənab Prezident İlham Əliyevin 20 oktyabr 2020-ci il tarixində Azərbaycan xalqına müraciətində öz əksini tapmışdır. Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb.
   Rəsmi İrəvanın tarixi saxtalaşdırma siyasətinə artıq son qoyulur. Belə ki, işğaldan azad olunmuş yaşayış məskənlərinin öz tarixi adları Cənab Prezident İlham Əliyev tərəfindən bərpa olunur və yeni Azərbaycan adları verilir. Xalqımız həmişə olduğu kimi bü gün də Cənab İlham Əliyevə inanır və daim onun yanındadır. Bu inam bizləri öz tarixi torpaqlarımıza qaytaracaq. Cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunan bütün ərazilər bərpa olunacaq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!


Ağamirzə Qədirli
Şirvan Gənclər Evinin metodisti

Keçidlər