Azərbaycanın siyasi iradəsi sülhə olan təhdidlərə qarşıdır.
Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə 20 oktyabr 2020-ci ildə müsahibə verərkən Azərbaycanın üzərinə düşən öhdəlikləri yerinə yetirməyə sadiq olduğunu əsaslandırmışdır. Bunlar münaqişənin nizamlanmasına dair danışıqlar prosesində beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə dair əməli fəaliyyətə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bilvasitə əhatə edir. Lakin Ermənistan hətta vasitəçilərə belə etdiyi hörmətsizlik artiq göz qabağındadır. Vəziyyətin hələ də qaynar fazada olması isə Ermənistanın günahıdır. Dövlət başçısı vurğulamışdır ki, əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin Ermənistan rəhbərliyinin həmişə olduğu kimi yenə də baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatları belə konstruktiv iradənin olmamamsı anlamına gəlir. Burada əsas prinsip Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb, Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dəfələrlə bəyanatlar etmişdir. Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib. Buna görə Azərbaycan özü onu implementasiya etdi. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdur. Proseslərin təhlili göstərir ki, Azərbaycan tərəfinin konstruktiv mövqeyi anlaşıqlı və dəqiq ifadəsini bu prinsiplərə münasibətində tapıb. Həmin prinsiplərə görə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar acılmalı, erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Ermənistanın bu prinsiplərdən yayınması onun qərəzli mövqeyinin ifadəsi inkarolunmaz faktdır. Ona görə də Azərbaycanın öz siyasi iradəsini belə təhdidlərə qarşı birləşdirməsi suveren dövlət hüququ kimi əsaslandırılmalıdır. Hazırda Azərbaycanın öz ərazisini işğaldan azad etmək ücün 100 min nizami ordusu vardır.
Prezident İlham Əliyevin fikirlərindən irəli gələn əsas məqamlar ondan ibarətdir ki, Minsk qrupunun həmsədrlərinin heç bir nəticəyə nail olmamaları haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalırlar. Lakin Minsk qrupu səy göstərib, təkliflər verib, irəliyə çox böyük addımlar atılıb. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə Azərbaycanı bunda ittiham etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər. Çünki digər beş rayon çoxdan razılaşdırılmışdır. Artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsi müzakirə edilirdi.
Bu açıq görünən riyakarlığı və terrorçu rejimi Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin dəstəkləməsi təəccüblüdür. Ona görə ki, Rusiya Azərbaycan münasibətləri hər zaman regionda prioritet məsələ olub. Xalqların sıx əməkdaşlığına tarixi qonşuluq ənənələrinə xidmət etmişdir.
Aynur Fərzəliyeva
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru