Şirvanda nəzarət-profilaktik reydlər davam edir
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus (COVİD-19) infeksiyasının şəhər ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə Şirvan şəhər İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri, mobil təbliğat qrupları tərəfindən nəzarət-profilaktik reydlər mütəmadi olaraq davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə 23 oktyabr 2020-ci il tarixdə şəhər ərazisində fəaliyyət göstərən xidmət obyektlərində növbəti reydlər keçirilib. Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər Polis Şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyinin və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı 24 ictimai iaşə, 105 ticarət, 15 bərəbərxana və gözəllik salonu, 11 digər xidmət obyektlərinə nəzarət edilib.
Qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji normalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan, dezinfeksiyaedicilərdən istifadənin zəruriliyi barədə tövsiyələr verilib. Qeyd edilib ki, Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı əks-hücum əməliyyatları, digər tərəfdən isə COVID-19 infeksiyasına yoluxma hallarının dinamikasında müşahidə olunan kəskin artım vətəndaşlarımızı daha məsuliyyətli olmağa sövq etməlidir. Arxa cəbhədə koronavirus təhlükəsini unutmamaq, qaydalara əməl etməklə həm özlərini, həm həkimlərimizi, həm də ordumuzu qorumuş olarlar. Çünki vətənpərvərlik eyni zamanda vətəndaş məsuliyyəti deməkdir.
Sakinlər də öz növbəsində cəbhədə erməni işğalçılarına, daxildə gözəgörünməz infeksiyaya qarşı mübarizədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın ətrafında sıx birləşdiklərini, onlara inandıqlarını və hərtərəfli dəstək göstərəcəklərini bildiriblər.