Şriftin ölçüsü :

Saytın rəngi :

İnfeksiyaya yoluxma sayının artması ilə əlaqədar reydlər intensivləşib

25 oktyabr 2020 | 16:00

Şirvan şəhərində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür.
   Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində əhalinin daha çox toplaşdığı yerlərdə, ticarət, ictimai-iaşə və xidmət obyektlərində, ictimai nəqliyyatda Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər Polis Şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyinin və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən reydlər intensivləşmişdir.
   24 oktyabr 2020-ci il tarixdə keçirilən növbəti reydlər zamanı şəhər ərazisində fəaliyyət göstərən 22 ictimai iaşə, 99 ticarət, 13 bərəbərxana və gözəllik salonu, 10 digər xidmət obyektlərinə nəzarət edilib.
   Eyni zamanda, infeksiya ilə mübarizə çərçivəsində iri ticarət və satış obyektlərinə nəzarət gücləndirilmişdir. Bu məqsədlə Operativ Qərargahın üzvləri gündəlik olaraq həmin yerlərdə monitorinq aparır, aşkar olunmuş pozuntuların aradan qaldırılması istiqamətində operativ tədbirlərin görülməsini təmin edirlər.
   Aparılan maarifləndirmə tədbirləri zamanı vətəndaşlara sanitar rejimin tələbləri izah edilir, ictimai nəqliyyatda tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlamalarının vacibliyi izah olunur, qayda pozuntusuna yol verən şəxslər inzibati qaydada cərimələnir.
   Koronavirus infeksiyasına yoluxma sayının artması ilə əlaqədar Şirvan şəhəri ərazisində profilaktik tədbirlər davam etdirilir.

Keçidlər