Birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistandır.
Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə vermişdir.O,müsahibəsində ölkədəki hal-hazırkı vəziyyətlə bağlı
vacib məqamlara toxunmuşdur.
ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin fəaliyyətinə diqqət çəkən cənab Prezident bu cür görüşlərin əvəllər də dəfələrlə olduğunu,bunun münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamı olmasını vurğulamışdı. Prezidentin fikirlərinə nəzər yetirsək, belə qənaətə gəlirik ki, ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin dəfələrlə danışıqlar aparmasına, münaqişəni sülh yolu ilə həll etməyə çalışmasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Ermənistanın sülh danışıqlarına getmək istəməməsinin nəticəsidir ki, bu gün Azərbaycan öz müqəddəratını artıq döyüş meydanında silah gücü ilə həll edir.
Artıq status-kvo, təmas xətti mövcud deyil. İndi Ermənistan rəhbərliyi işğal edilmiş ərazilərin boşaldılmasına riayət etməlidir. Aparılan müzakirələrdə əsas məqsəd Ermənistanın əraziləri nə vaxt boşaldacağını müəyyən etməkdir.
Ermənilər o qədər azğınlaşıblar ki, hətta humanitar atəşkəsə belə məhəl qoymadılar. Atəşkəsi çox kobud şəkildə pozaraq respublikanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Hərbi zonadan kənarda yerləşən mülki obyektlərə,
mülki vətəndaşlara qarşı cinayət törətdilər. Demək olar ki, ikinci dəfə Xocalı soyqırımını həyata keçirdilər, əlləri azyaşlı körpələrin qanına bulandı.
Prezidentin təbiri ilə desək əgər atəşkəs olunubsa buna hər iki tərəf əməl etməlidir, birtərəfli qaydada mümkün deyil, əks halda atəşkəsi pozan düşmən tərəf mütləq cavabını alacaqdır. Necə ki, döyüş meydanında aldı da. Ermənilər ikinci dəfə atəşkəsi pozduqdan sonra şücaətli ordumuz Zəngilan şəhəri və bir çox kəndləri azad etdi.
Bu münaqişəni danışıqlar yolu ilə həll etmək üçün hələ də şans var. Ancaq bunun üçün gərək Ermənistan tərəfi işğal etdiyi yeddi rayonu azad etməyi öhdəsinə götürməlidir. Bu isə ilk növbədə törədilən zorakılıqların,cinayətlərin əsas səbəbkarı baş nazirdən tələb olunur.Bundan sonra məsələni danışıqlar masasına keçirmək olar.
Minsk qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökuməti ilə az da olsa irəliləyişə nail olunmuşdu. Lakin 30 il ərzində bu ölkələr qrupu heç bir nəticə əldə etmədi. BMT Təhlühəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İndiyədək bu qətnamələrə niyə əməl olunmadığı sual altındadır.
Hal hazırda Ermənistandan fərqli olaraq Azərbaycanda minlərlə erməni əsilli adam yaşayır. Onlar bugünkü Ermənistan Respublikasının ərazisindən bir zamanlar bütün yaşayan digər millətləri qovublar. Orada yaşayan əhalinin 99%-i etnik ermənilərdir. Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycandakı digər insanlar kimi qorunacaq, təmin olunacaq.
Cənab Prezident Dağlıq Qarbağda referendumla bağlı məsələyə də aydınlıq gətirib.Öz çıxışında o, “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik” deyə vurğulayıb.
Azərbaycan kənardan muzdlu döyüşçülər cəlb edir şayiələrinə gəlincə, deyə bilərik ki, Ermənistanın Yaxın Şərqdən muzdlu döyüşçüləri orduya cəlb etməsi sirr deyil, hətta onlar özləri bunu etiraf edib. Azərbaycanın isə döyüşmək üçün kifayət qədər hərbi texnikası, canlı qüvvəsi, güclü nizami ordusu var. Hətta vətəndən kənarda yaşayan soydaşlarımız da bu gün mənfur düşmənə qarşı döyüşmək üçün bizə müraciət edir. Bu onların vətənpərvərlik ruhundan,doğma torpağa bağlılığından irəli gəlir. Ona görə də Azərbaycan Ordusunda hər hansı bir xarici qüvvələrin döyüşməsindən söhbət gedə bilməz. Bu ağ yalandır, bizi gözü götürməyən qüvvələrin uydurduğu şayiələrdir.
Bu gün Azərbaycanda kifayət qədər söz və mətbuat azadlığı var. Lakin son günlər internetə qoyulmuş məhdudiyyət hal-hazırda içində olduğumuz vəziyyətlə bağlıdır. Çünki bugün Azərbaycan Ermənistanla təkcə cəbhədə, döyüş meydanında yox, həm də informasiya şəraitində müharibə aparır. Düşmən ölkə internet üzərindən hər cür təxribatlara əl atmağa qadirdir. Biz informasiya sistemimizi bu cür təxribatlardan qorumalıyıq. Həmçinin düşmən nümayəndələri sosial şəbəkələrdə də xalqımıza psixoloji təsir etməyə çalışırlar, lakin buna nail ola bilmir,əksinə azərbaycanlılar tərəfindən layiqli cavablarını alırlar.
İnternet məhdudiyyətinə bir daha qayıtsaq,bu müvəqqəti xarakter daşıyır,
münaqişə bitdikdən sonra tam şəkildə bərpa olunacaqdır.
Əgər Ermənistanla sülhə nail olunsa bu regiondakı vəziyyəti tamamilə dəyişəcək.
Hal-hazırda Gürcüstanla əməkdaşlıq səviyyəsi çox yüksək səviyyədədir. Çox gözəl qonşuluq və dostluq münasibətlərimiz var. Bugün Dağlıq Qarabağ boşalsa biz ora investisiyalar qoymağa, oranı inkişaf etdirməyə hazırıq.
Bu gün Ermənistan Azərbaycanla yanaşı Türkiyəyə qarşı da ərazi iddiaları qaldırır. O cür güclü bir dövlətə qarşı bu cür iddiada olmaq sadəcə ağılsızlıqdır. Əgər Ermənistan rəhbərliyi bu iddiadan əl çəksə sərhədlər açla bilər. Çünki Ermənistanın cəmi iki milyon əhalisi var. Həm Türkiyə, həm də bizim əhali ilə müqayisədə bu fərq çox böyükdür. Ermənistan hökuməti xalqının gələcəyini fikirləşirsə dərindən düşünüb addım atmalıdır, təcavüzə son qoymalıdır.
Əks halda onlar üçün nəticə ağır olacaqdır.
Biz Ermənistanın yalançı “cəsur ordusu” haqqında bütün mifləri alt-üst elədik.
Onları döyüş meydanında məğlub edirik, arxalarına baxmadan, qorxaq kimi hərbi texnikalarını belə döyüş meydanında qoyub qaçırlar. Torpağımızın son qarışını azad edənə qədər bu cür davam edəcək. Bu sonluğu onlar özləri istədi, sülh yolu ilə həll olunmayan məsələ döyüş meydanında Azərbaycan Ordusunun üstünlüyü ilə həll olunur. Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!
Şirvan Şəhər Tarix-Diyarşünaslıq
Muzeyinin baş elmi işçisi Mikayılova Ləman