Ermənistan sülhün təminatına öhdəlik götürməlidir.
Prezident İlham Əliyevin Yaponiyanın "Nikkei" qəzetinə verdiyi müsahibəsi Azərbaycanın apardığı hazırkı ədalət müharibəsinə dair beynəlxalq aləmin obyektiv həqiqətləri dərk etməsi yolunda mühüm vacib tarixi məqamlara aydınlıq gətirdi. Musahibədə dövlət başçısının toxunduğu məqamlar həm də hazırkı siyasi vəziyyətin qiymətləndirilməsi baxımından bir sıra vəzifələri qarşımıza qoyur. Məlumdur ki həll yolu tapmaq üçün mandatı olan Minsk qrupunun həmsədrləri bu günədək müxtəlif variantlar, təkliflər üzərində çıxış etmislər. Təbii ki, bu prosesi danışıqların davamı kimi qiymətləndirmək mümkündür. Lakin hazırkı vəziyyət dəyişmişdir və bu vəziyyəti daha çox Azərbaycan ictimaiyyətinin rəyi ilə qiymətləndirmək zəruridir. Status-kvo artıq mümkün deyil və həmsədrlərin fəaliyyətsizliyi bu prosesin məcrasını dəyişmişdir. Hazırkı mərhələ onunla şərtlənir ki, Ermənistan tərəfi işğal olunmuş ərazilərdən öz terrorçu dəstəsini çıxarmalıdır və öz öhdəlikərinin məsuliyyətini dərk etməlidir. Burada müşahidəçilərin və sülhməramlı qüvvələrin hansı missiyada fəaliyyət göstərəcəkləri isə sonrakı məsələdir. Bu gün açıq bilinməlidir ki Türkiyə 30 ildə Minsk qrupunun fəliyyətsizliyinə münasibətdə artıq de-fakto bu problemin ədalətli həllinə qoşulub. Azərbaycan Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman dəstək verib. Bu Qafqazda deyil bütün dünyada ədalətə yanaşma təcrübəsinin qəbul edilməsi zərurətindən irəli gəlir. Ermənistan tərəfinin səmərəsiz və məsuliyyətsiz bəyanatlarının illərlə gedən təhlili "Qondarma Dağlıq Qarabağ respublikasının" bu gün dünyada terrorçu yuvası olduğunu və belə qurumun heç yerdə tanınmaması kimi reallığın dərdini anlatdı. Biz dünyaya anlatmışıq ki, öz müqəddəratını təyin etmə artıq ermənilər üçün mövcuddur və Azərbaycan bu absurd və əsassız mifə biganə qala bilməz.
Bu gün Azərbaycan iqtisadi-siyasi cəhətdən inkişaf tempinə görə dünyada ön sıralardadır. Bu həm də ölkəmizin dünya tərəfindən anlaşıqlı qəbul edilməsinə yol açmışdı. Azərbaycan böyük layihələrin reallaşdığı yer kimi yox həm də bu layihələrin bəşəriyyət üçün əhəmiyyəti ilə nəticələnən ölkədir və dünyada inkişafın Azərbaycan yolu kimi xətti öz təsdiqini tapıb. Demokratiya, media azadlığı, vahid mütəşəkkil komandanlıq və mərkəzi hakimiyyət çox möhkəm dayaqlar üzərində qurulub. Bu prosesin qarşısında Ermənistan kimi getdikcə tənəzzülə uğrayan dövlət çökməlidir və Azərbaycanın ədalətli movqeyinin tələblərinə riayət etməlidir.
Ona görə də sülh regionda vəziyyəti dəyisəcək. Bölgənin inkişafına xidmət edəcək. Beynəlxalq əməkdaşlıq üçün yeni perspektivlər açılacaq. Bütün bunlar Prezident İlham Əliyevin müsahibəsində əsaslı olaraq hesab edirik ki, hazırki vəziyyətin qiymətləndirilməsi və müharibədən sonra dünya duzənində siyasi sabitliyin qorunması üçün tarixi yol xəritəsidir.
Aynur Fərzəliyeva
Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktoru