Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib

26 oktyabr 2020 | 16:00

Koronavirus infeksiyasının (COVİD-19) kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması,  xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə Şirvan şəhər İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir.
   Bu məqsədlə İcra Hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən oktyabrın 25-də şəhər ərazisində növbəti reyd keçirilib. Mobil qrupların tərkibinə daxil olan şəhər İcra Hakimiyyəti başçısı aparatının, yerli inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, bələdiyyə işçiləri, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının fəalları, ictimaiyyət nümayəndələri və könüllüləri sakinlərlə profilaktik söhbətlər edib, vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı xüsusi qaydalarına ciddi riayət etmələrinin vacibliyini vurğulayıblar. Kütləvi tədbirlərin, dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin qadağan olunmasının virusun yayılmasının qarşısının alınmasına, insanların sağlamlığının qorunmasına xidmət etməsi barədə sakinlərə ətraflı məlumat verilib.
   Reyd zamanı sosial məsafənin saxlanılmasının, dezinfeksiyaedicidən və tibbi maskadan istifadənin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Vətəndaşlara izah olunub ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
   Gün ərzində ümumilikdə 138 olmaqla 20 ictimai-iaşə, 95 ticarət, 14 bərbərxana və gözəllik salonu və 9 digər xidmət obyektlərinə baxış keçirilmişdir.
   Mobil qruplar tərəfindən reydlər və əhali arasında maarifləndirmə işləri müntəzəm olaraq davam etdirilir.

Keçidlər