Şriftin ölçüsü :

Saytın rəngi :

İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib

28 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikası Nazırlər Kabineti yanında Operativ  Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər çərçivəsində Şirvan şəhəri ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrində və qapalı məkanlarda müntəzəm reydlər keçirilir.
   Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatının, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, bələdiyyə işçiləri, ictimaiyyət nümayəndələri və könüllülərdən ibarət mobil qruplar 27 oktyabr tarixində növbəti reydlər keçirib.  Gün ərzində ümumilikdə 162 olmaqla, 27 ictimai iaşə, 105 ticarət, 14 bərəbərxana və gözəllik salonu, 16 digər xidmət obyektlərinə nəzarət edilib.
   Vətəndaşların və obyekt sahiblərinin gigiyenik tələblərə ciddi əməl etmələri, tibbi-qoruyucu vasitələrdən, maska və əlcəklərdən müntəzəm istifadə olunması, sosial məsafənin gözlənilməsi, əsasən, bankların və ticarət obyektlərinin qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyi qeyd edilib. Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılmaqla, mövcud sanitar-epidemioloji tələblər izah olunub. Diqqətə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
    Reydlər zamanı şəhər sakinləri koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vaxtında qəbul etdiyi qərarları alqışladıqlarını, karantin dövründə həm dövlət tərəfindən, həm də Heydər Əliyev  Fondu tərəfindən aztəminatlı ailələrə göstərilən maddi və mənəvi qayğıya görə minnətdar olduqlarını vurğulayıb və karantin rejiminin tələblərinə bundan sonra da əməl edəcəklərinə söz veriblər.

Keçidlər