Azərbaycan qalibiyyətli müharibə və uğurlu sülh danışıqlarının hər ikisini eyni vaxtda aparmaq gücündə olan ölkədir.
Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Zamanında qabaqlayıcı tədbirlər görülməsəydi ölkəmizdə iqtisadi itkilər dəfələrlə çox olardı.Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan Azərbaycana qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdi.
Ermənistanın mülki Azərbaycan vətəndaşlarına ,xüsusilə yeniyetmələrə,uşaqlara qarşı dövlət səviyyəsində terroru və müharibə cinayətləri davam edir. Azərbaycanın infrastruktur layihələrinə yatırdığı sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib.Azərbaycan informasiya texnologiyaları sektoruna böyük sərmayələr yatırır. Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bu sahədə çox inkişaf etmiş şirkətlər, özəl şirkətlər var. Onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirir. Hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat verilir. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Ermənistan döyüş meydanında məğlub olur və onlar qaçmaq məcburiyyətindədirlər. Artıq İranla beynəlxalq sərhəd bərpa edilib. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi. Beləliklə döyüş meydanında çoxlu işlər görülüb və bu, davam edir.Azərbaycan Prezidenti döyüş meydanında Ordumuzun tam qələbə ərəfəsində olduğunu təqdim etdi.
Ermənistan atəşkəsi iki dəfə pozmuşdur.Onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər.Onlar əgər atəşkəsi pozmasaydılar bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Ancaq onların qeyri-insani münasibəti məsələnin sülhlə həll yolunu tamamilə aradan qaldırır. Biz öz Ordumuzun gücünə güvənir və qələbə qazanacağımıza inanırıq.Ölkəmizin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan apardığı müharibənin mütləq qələbə ilə başa çatdırılacağına tam inanır və müharibədən sonra azad edilmiş ərazilərimizi Dağlıq Qarabağın özü ilə bərabər böyük iqtisadi – sosial və siyasi məkanımıza daxil etmək üçün indidən ciddi planlara malikdir.
Fransanın danışıqların bərpasına çağırışları, BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi üçün səylər göstərməsi və sair kimi birtərəfli addımları riyakarlığının göstəricisidir. Dövlətinin, xalqının gələcəyini düşünən ölkə rəhbəri heç zaman beynəlxalq münasibətlərdə belə xaosun yaranmasına çalışmaz. Azərbaycan Ordusu davamlı qələbə xəbərləri ilə Paşinyanla bərabər ona havadarlıq edən Fransa kimi mövqeyi beynəlxalq hüquq normalarına zidd olan dövlətlərin də işğalçı planlarını alt-üst edir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ordumuz erməniləri işğal altında olan torpaqlarımızdan qovur və dövlətimizin başçısının dediyi kimi, qovmağa davam edəcək. BİZ ZƏFƏR ÇALACAĞIQ! QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!
Şirvan şəhər Mədəniyyət
Mərkəzinin metodisti Esmira Həziyeva