Hərbi əməliyyatlara Ermənistan başlayıb.
Ermənistan-Azərbaycan müharibəsi başlayandan, yəni bu ilin sentyabr ayının 27-dən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev özü dediyi kimi demək olar ki, hər gün aparıcı informasiya vasitələrinə müsahibələr verir. Onlardan biri də 26 oktyabr 2020-ci il tarixdə Fransanın “Fiqaro” qəzetinə verdiyi müsahibəsidir. Cənab Ali Baş Komandana verilən suallar demək olar ki ,eynidir. Ölkə Prezidenti ona verilən bütün suallara məntiqlə, səbrlə, böyük cəsarətlə cavablandırır. ”Fiqaro” qəzeti də istisna deyil. Baxmayaraq ki, jurnalist tərəfindən verilən suallar qərəzli idi. Məsələn,suallardan biri belə idi ki,”Azərbaycan niyə məhz indi hərbi əməliyyatlara başlamışdır?”. Cənab Ali Baş Komandan cavab vermişdir ki,iyulun 12-də Ermənistan təxribat törədərək Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqmətində atəşkəsi pozmuşdur. Avqust ayında Ermənistan növbəti təxribat törədərək Azərbaycanın ərazisinə diverisya qrupu yollamışdır. Bu diversiya qrupuna başçılıq edən tutulmuş və ifadə vermişdir. Bu azmış kimi Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Artıq bu üç ay müddətində Ermənistanın Azərbaycana qarşı üçüncü hərbi təxribatı idi. Və düşmən elə bilirdi ki,Azərbaycan bu dəfədə susacaq. Lakin belə olmadı.
Ali Baş Komandan cənab İlham Əliyev beynəlxalq təşkilatları və ictimaiyyəti, eləcə də BMT-nin 75-ci assambleyasında çıxışında xəbərdarlıq etmişdir, Ermənistan müharibəyə hazırlaşır. Və Ermənistan dayanmasa Azərbaycan tərəfi özünü müdafiə etmək üçün adekvat cavablar verəcəkdir. Beləliklə 27 sentyabr 2020-ci il tarixdə Ermənistan atəşkəsi pozaraq Azərbaycana qarşı hərbi əməliyyatlara başlamışdır. Eyni zamanda 27 sentyabr 2020-ci il tarixi Azərbaycan xalqı üçün Vətən müharibəsi başlanması günü hesab olunur. Həmin tarixdə şanlı Azərbaycan Ordusu və cəsur sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalda olan torpaqları düşməndən təmizləmə hərbi əməliyyatları aparır. Prezident özünün çoxsaylı çıxışlarında, Azərbaycan xalqına etdiyi müraciətlərində bir fikri daim təkrar edir”. Azərbaycan xalqının işi haqq işidir! Biz qalib gələcəyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Heç kəs bizi bu yoldan döndərə bilməz!”. ”Biz axıra qədər gedəcəyik! Torpaqları hansı yolla olursa, olsun hərblə və ya sülhlə azad edəcəyik!”
Müzəffər Azərbaycan Ordusunun 27 sentyabrdan başlayaraq apardığı uğurlu, əks-hücum əməliyyatları nəticəsində Azərbaycan xalqı demək olar ki, azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumatlar alır. Ermənistan ordusu müasir, hazırlıqlı, peşəkar Azərbaycan Ordusuna döyüş meydanında tab gətirmir və qaçmaq məcuburiyyətindədir. Ermənistan-Azərbaycan arasında hərbi əməliyyatlarının başlamasından bu gün artıq bir ay ötür. Bu müddətdə düşmən xeyli sayda hərbi texnikasını itirib, ölən erməni əsgərlərinin sayı-hesabı yoxdur.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən (Rusiya, Fransa, ABŞ) üç dəfə humanitar atəşkəsə nail olmasına baxmayaraq Ermənistan atəşkəsə riayət etmir, üçünü də pozmuşdur.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə tez-tez verilən suallardan biri də Türkiyə ilə bağlıdır. Ali Baş Komandan artıq neçənci dəfədir ki, “Fiqaro” qəzetinə də bu məsələ ilə bağlı cavab vermişdir ki, Türkiyə regionda siyasi stabilləşmə rolunu oynayır və mövqeyini gizlətmir, bizim haqq işimizdə bizə mənəvi və siyasi dəstəkdir. Azərbaycanın apardığı müharibədə bir nəfər də olsun nəinki Türkiyədən heç bir ölkədən döyüşçülər yoxdur. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycanın buna ehtiyacı yoxdur. Çünki onun müasir texnika ilə təchiz olunmuş, yüksək peşəkarlıq səviyyəsində hazırlanmış 100 minlik Ordusu var. Azərbaycan qismən səfərbərlik edib və əgər lazım olarsa tam səfərbərlik elan edəcək. Ancaq buna ehtiyac yoxdur. Azərbaycanın əhalisi 10 milyon, Ermənistanın əhalisi isə 2 milyondur.
Azərbaycanın döyüş meydanında uğurlarına kölgə salmaq, Azərbaycan əsgərini gözdən salmaq məqsədilə işğalçı, düşmən Ermənistan hökuməti dezinformasiya yayır. Guya Türkiyə müharibədə Azərbaycan tərəfində vuruşur, guya Suriya və Livandan muzdlu döyüşçülər gətirilir. Amma bütün bunlar və digər dezinformasiyalar Ali Baş Komandanımız demişkən “feyk nyus”dur. Ali Baş Komandan hər dəfə qeyd edir ki, əgər belə faktlar varsa ortaya qoyun. Amma bu fakt yoxdur.
Ermənistan haqqında isə tam əksini qeyd etmək lazımdır. Münaqişə başlanan gündən Ermənistana humanitar yardım adı altında təyyarələr İrəvana reyslər edir. Bu təyyarələrdə Ermənistana hərbi silah-sursat daşınır. Ermənistanı bu gün pulsuz silahlandıran aparıcı Avropa dövlətləridir.
Verilən suallardan biri də ondan ibarətdir ki, hansı vəziyyətdə Azərbaycan hərbi əməliyyatları dayandırar? Azərbaycan Prezidentinin,Ali Baş Komandanın cənab İlham Əliyevin cavabı sadə və məntiqli olub. Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bundan sonra məsələ siyasi müstəvidə həll olunacaqdır.
O ki, qaldı Dağlıq Qarabağın “özünü təyinetmə” məsələsinə, bu heç vaxt ola bilməz! Erməni xalqı özünü artıq bir dəfə təyin edib. Bu da Ermənistan Respublikasıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək! Dağlıq Qarabağın erməni əhalisi Azərbaycan Respublikasının vətəndaşıdırlar. Müharibə qurtardıqdan sonra onlar yenidən qayıdıb yaşaya bilərlər. Və onlarla bərabər Qarabağın Azərbaycan əhalisi də həmin torpaqlara qayıdır.
Hər şey Ermənistandan asılıdır. Bu gün müqaviməti dayandırsa hərbi əməliyyatlar həmin an dayanacaq. Bizim işimiz haqq işidir! Qarabağ əzəli Azərbaycan torpağıdır! Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq! Qələbə bizimdir!
Ləman Mikayılova
Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyinin baş elmi işçisi