Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına müraciətləri artıq bir xoş ənənəyə çevrilib.
27 sentyabr, yəni Vətən Müharibəsi başladığı gündən respublikanın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqına müntəzəm olaraq müraciətlər edir. Bu müraciətlər artıq bir xoş ənənəyə çevrilib. Hər bir müraciətlərdə ölkə başçısı Azərbaycan xalqına xoş müjdələr gətirir, yəni rəşadətli Azərbaycan Ordusunun düşməndən növbəti dəfə azad edilmiş yaşayış məntəqələrinin adlarını çəkir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 26 oktyabr 2020-ci il tarixdə Azərbaycan xalqına növbəti dəfə müraciət etmişdir. Prezidentin bu müraciəti demək olar ki, pik səviyəsinə çatmışdır. Ölkə Prezidenti həmişə qeyd edirdi ki, Qarabağ müharibəsi bitməyib, Azərbaycan Ordusu birinci Qarabağ müharibəsində məğlub olub,bu da müvəqqəti xarakter daşıyır. Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa ediləcək. Necə ki, hal hazırda bərpa olunur. Ölkə Prezidenti bu çıxışında azad edilmiş yaşayış məntəqələrinin adını çəkir, bunlar: Zəngilan rayonunun Birinci Əlibəyli, İkinci Əlibəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun: Qovşudlu, Sofulu, Dağmaşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonundan: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri. Və beləliklə azad edilən yaşayış məntəqələrinin sayı 150-yə yaxınlaşır.
Ölkə Prezidenti verdiyi müxtəlif müsahibələrdə dönə-dönə Dağlıq Qarabağın tarixən kimə mənsub olduğunu vurğulayır. Erməni xalqı Cənub Qafqazda aborigen xalq deyil. Bu tarixi faktdır. Onlar Azərbaycana Rus-İran müharibələrindən sonra, yəni 1813 və 1828-ci illərdən sonra Azərbaycana o cümlədən Qarabağa köçürülmüşdür. Ermənilər özləri Qarabağa köçmələrinin 150 illiyi münasibətilə Qarabağda 1978- ci ildə Maraqaşen adlı abidə ucaldmışdılar. 1988-ci ildə məlum hadisələr başlandıqda ermənilər həmin bu abidəni dağıtmışdılar . Lakin Qarabağda onun qalıqları indidə qalmaqdadır. Beləliklə, Qarabağda xüsusən Xankəndidə erməni əhalisinin çoxluq təşkil etməsi süni yolla əldə edilmişdir. Qarabağın azərbaycanlılara mənsub olması burada mövcud olan onlarla toponimlər də bunu sübut edir. Bundan başqa 14 may 1805-ci ildə bağlanmış Kürəkçay müqviləsini də qeyd etmək lazımdır. Bu müqavilə Qarabağ xanlığının xanı İbrahimxəlil xan tərəfindən çar Rusiyası ilə bağlanmış müqavilədir. Bu müqaviləyə görə xanlıq Rusiyanın tərkibinə daxil edilir. Və burada ölkə Prezidenti qeyd etdiyi kimi “burada erməni xalqı haqqında bir kəlmə də yoxdur”. Onlar niyə gətirilmişdi Qafqaza? Prezident buna da aydınlıq gətirir, ”məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq və yeni reallıqlar yaratmaq idi”.
Bilirik ki, münaqişə başlayanda ermənilər tərəfindən belə bir iddia qaldırılmışdır ki, guya Dağlıq Qarabağın iqtisadiyyatı Azərbaycanla müqayisədə aşağıdır. Lakin bu ağ yalandır. Ali Baş Komandan xalqa müraciətində qeyd etmişdir ki, sovet dövründə bu bölgəyə böyük investisya qoyulub və erməni əhalinin diskriminasiyasından söz gedə bilməz. Bu regionun iqtisadi inkişafında Heydər Əliyevin hələ sovet illərində böyük xidməti olmuşdur. Lakin məhz Heydər Əliyev amili ermənilərin çirkin əməllərinin həyata keçirilməsi, yəni Dağlıq Qarabağı Azərbaycandan qoparmaq Ermənistana birləşdirmək məqsədinə nail olmaq üçün separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Bildiyimiz kimi 1987-ci ilin oktyabr ayında Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırıldıqdan 2 həftə sonra ermənilər Dağlıq Qarbağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev münaqişənin həllində ATƏT-in Minsk qrupunun oynadığı rolu qeyd edir.O, bildirir ki,bu qrup 1992-ci ildə məlum olmayan şərtlər əsasında yaradılmışdır. Buraya Qafqaz bölgəsindən uzaq həmsədrlər ABŞ-dan,Fransadan və Rusiyadan həmsədrlər təyin olunmuşdur. Onların fəaliyyətinə qiymət verərkən cənab İlham Əliyev qeyd etmişdir ki, Minsk qrupunun fəaliyyəti nəticəsizdir. 28 il müddətində bizə deyilirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. İndi məlum olur ki,bu tezis ermənilərə faydalı idi. Çünki bu müddət ərzində ermənilər işğal olunmuş ərazilərdə öz mövqelərini möhkəmlətmiş, qanunsuz məskunlaşma aparmış,hərbi istehkamlar qurmuşdurlar. Başqa sözlə işğal edilmiş Azərbaycan torpaqlarını qaytarmaq fikrində əsla deyildirlər. Ölkə başçısı onuda qeyd edir ki, həmsədr neytral olmalıdır. Əks halda o həmsədr ola bilməz. Reallıqda isə yəni 28 il ərzində 3 ölkə Ermənistana təzyiq etməyib,sanksiyalar tətbiq etməyiblər. Demək tərəf olmuşlar.
Bütün bunlara baxmayaraq Azərbaycan sülh istəyir, müharibə istəmir. Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında o cümlədən Azərbaycan xalqına etdiyi müraciətlərində hansı vəziyyətdə Azərbaycan müharibəni dayandıra bilər? Bunun üçün Ermənistan yerdə qalan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalıdır, cədvəl verilməli, Ermənistanın neçə gündən sonra hansı rayondan çıxacağı cədvəldə göstərilməlidir. Belə olan halda müharibə dayanar. Onsuzda Ermənistan müharibəni uduzub. Yeni yaradılmış reallıqla Ermənistanın siyasi rəhbərliyi razılaşmaqdan başqa yolları qalmayıb. Ali Baş Komandan cənab İlham Əliyev qeyd etiyi kimi, “Biz öz torpaqlarımızı qaytaracağıq, ya sülhlə, ya hərblə!” Ermənistanın mənasız qurbanlar verməkdən çəkinməsini təklif edir. Bu ilk növbədə Ermənistan üçün, onun xalqı üçün lazımdır. Ermənistan bu gün tarixinin ən rüsvayçı səhifəsini yaşayır. Bunun səbəbi Ermənistanın başıpozuq liderlərindədir.
Qələbə bizimdir!
Qarabağ Azərbaycandır!
Ordu, xalq, Ali Baş Komandan birliyi sarsılmazdır!
Gülşən Vəliyeva.
Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru