Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Qələbə salnaməsinin tarixi səhifələri yazılır.

30 oktyabr 2020 | 16:00

Mənfur qonşumuz Ermənistan uzun illərdir ki, işğalçılıq siyasətini davam etdirir və tez-tez sərhədboyu ərazilərdə təxribatlar törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur, hərbçiləri, günahsız mülki əhalini vəhşicəsinə qətlə yetirir, bununla da faşizm ideologiyasına sadiqliyini nümayiş etdirir. Bu, işğalçı qüvvələr tərəfindən həyata keçirilən bu nə birinci, nə də sonuncudur. Çünki son bir neçə ay ərzində belə hərbi təxribatlar nəticəsində cəbhə bölgələrində hərbçilərimiz, mülki şəxslər həlak olublar.
ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı dövlət başçımız oktyabrın 26-da xalqa müraciətində də deyib ki, bu təşkilat üzərinə düşən missiyanı yerinə yetirə bilmir. Faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və 3 ölkə bu məsələ ilə məşğul olmağa başlayıb. Amma bunun nəticəsi oldumu? Olmadı, bizim üçün olmadı! Ermənistan üçün oldu. Elə Ermənistan bu nəticəni istəyirdi. İstəyirdi ki, daima danışıqlar getsin, daima bizim başımızı aldatsınlar. Dondurulsun bu məsələ, əbədi əsarət altında qalsın bizim torpağımız, əbədi qalsın işğal altında bizim torpağımız! Bəs nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım ki, əgər məsələnin həllini görmək istəyirsinizsə, Ermənistana sanksiyalar tətbiq edin, sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə də bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların mövqeləri üst-üstə düşür. O da maraqlı məsələdir. Nə təhər olur ki, bütün başqa məsələlərdə - nüvə silahları məsələsi, Yaxın Şərqdə vəziyyət, Asiyada, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı məsələdə bunların maraqları üst-üstə düşür? Heç birində, ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi qane edir. Təbii ki, bu ölkələri və ilk növbədə Ermənistanı qane edir.
   Bütün bunlara baxmayaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qələbə yürüşü davam edir, vətənpərvər, cəsur və mərd oğullarımız tərəfindən cəbhədə bir-birinin ardınca uğurlar qazanılır, düşmənlə təmas xəttində döyüş şücaəti, qətiyyəti göstərilir, xalqımızın illərdən bəri gözlədiyi Böyük Qələbə salnaməsinin tarixi səhifələri yazılır. Bu gün xalqımızda ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu yeni-yeni qələbələrə ruhlandırır. İndi hamı inanır, əmindir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan tamamilə qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq. Azərbaycan Prezidenti demək olar ki, hər gün özünün rəsmi “Twitter” səhifəsində, xarici televiziya kanallarına verdiyi müsahibəsində hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verir, Ordumuzun nailiyyətlərini vətəndaşlarımızın diqqətinə çatdırır. Bu, Xalq-Prezident-Ordu birliyinin monolitliyindən, sarsılmazlığından xəbər verir. Bu, Azərbaycana qarşı başlanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılması, insanların təxribatlar zamanı öz evlərini tərk etməmələri də vurğulanan fikrin bariz ifadəsidir. Bu, eyni zamanda, Azərbaycanı bütün dünyaya güclü orduya malik bir dövlət, xalq-Prezident vəhdəti yaşanan bir respublika kimi tanıdır.
   Bu gün Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını belə döyüş meydanında qoyub qaçırlar. Haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan tutduğu yoldan dönmək fikrində deyil. Prezident İlham Əliyev xarici televiziya kanallarına verdiyi müsahibələrdə və Azərbaycan xalqına müraciətlərində də öz siyasətində və mövqeyində dönməz olduğunu bir daha təsdiqləyib. Dövlətimizin başçısı vurğulayıb ki, “Bizi döyüşləri dayandırmağa, yenidən mənasız sülh danışıqlarına cəlb etməyə çalışan dövlətlərə üz tutaraq bildirirəm ki, qoy Paşinyan etiraf etsin ki, Qarabağ Ermənistan deyil, eyni zamanda, Azərbaycan xalqından üzr istəsin. Bundan sonra bizim şərtlərimizlə döyüşləri dayandırmaq mümkündür”.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində dediyi kimi “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”. Və bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz! Çünki Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! VƏSSALAM, NİDA! BAŞQA YOL YOXDUR!!! Və Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Və Paşinyan kimi anlamağı bacarmayan küçə "demokratı" nə qədər təxribat və sərsəm bəyanatlarla çıxış edirsə etsin, reallıq budur: təcavüzkar quduzlaşmış işğalçı Ermənistan zəbt etdiyi torpaqlardan çıxmalıdır, VƏSSALAM, NİDA! BAŞQA YOL YOXDUR!!! Və bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!”.

Elçin Həsənov,
Şirvan Şəhər Təhsil Şöbəsində Metodkabinetin müdiri

Keçidlər