Şriftin ölçüsü :

Saytın rəngi :

Biz bu müharibədə zəfər çalacağıq.

30 oktyabr 2020 | 16:00

Bildiyimiz kimi  Azərbaycan-Ermənistan münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdı. 1991-1992-ci illərdə münaqişənin hərbi mərhələsi başlandı. 1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmişdir.”Xocalı soyqrımı” kimi tarixə düşmüş bu qanlı faciə yüzlərlə azərbaycanlının qətlə yetirilməsi və əsir düşməsi ilə nəticələnmiş,şəhər yerlə-yeksan edilmişdir.1992-1993-cü illərdə ermənilər  Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı,Z əngilan rayonlarını işğal etdilər. BMT-nin Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən  822,853,874,884 saylı qətnamələr qəbul etmişdir. Amma işğalçı dövlət bu qətnamələrin icrasını həyata keçirmədi.Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal altına düşmüşdür.
    1994-cü ilin may ayında Rusiyanın dəstəyi ilə Azərbaycan-Ermənistan arasında atəşkəs əldə olunmuşdur. Atəşkəsin əldə olunmasına baxmayaraq Ermənistan daima bu prosesi kobudcasına pozaraq yeni ərazilər tutmaq iddiasına düşmüşdür. Buna misal olaraq 2016-cı il Aprel döyüşlərini və 2020-ci il Tovuz döyüşlərini göstərmək olar.
    Məlum olduğu kimi Ermənistan müdafiə naziri David Tonoyan 2019-cu ilin martında ABŞ-a səfəri zamanı erməni diasporası ilə görüşdə Ermənistanın “səngər müdafiəsi” strategiyasından “aktiv əngəlləmə” strategiyasına keçdiyini bəyan etmişdi. Nitqində “hücum imkanlarını genişləndirərək” ifadəsini işlədən Ermənistan müdafiə naziri bəhs etdiyi strategiyanı “yeni ərazilər uğrunda müharibə” adlandırmışdı. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan separatçı rejimi danışıqlar masasına oturtmaq niyyətilə sülh danışıqlarının formatını dəyişməyə cəhd etmişdi. Belə ki, keçən ilin avqust ayında işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri zamanı Paşinyan, “Qarabağ – Ermənistandır, nöqtə” tipli populist bir cümlə söyləmiş və buna görə, həm Azərbaycan, həm də beynəlxalq təşkilatlar, əsasən də, ATƏT-in Minsk qrupu tərəfindən tənqid olunmuşdu.
Bütün bunlar sülh danışıqlarına son dərəcə mənfi təsir etmiş, kompromis üçün siyasi müstəvini tamamilə bağlamışdı.
Bu il iyulun 12-də Ermənistanın silahlı qüvvələri artilleriya və iriçaplı silahların köməyilə Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan Silahli Qüvvələrinin Azərbaycan-Ermənistan sərhədindəki mövqelərinə hücuma keçdilər. Sözügedən hücum nəticəsində Azərbaycanın 11 hərbçisi həlak oldu, bir neçəsi yaralandı, həmçinin dinc sakinlər həyatlarını itirdilər, mülki obyektlərə, kəndlilərin evlərinə və xəstəxana binasına ciddi zərər yetirildi.
      Azğınlaşmış erməni silahlı qüvvələri bu ilin sentyabrın ayının 27-də saat 06:00 radələrində cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar,minatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmuş nəticədə mülki əhali arasında həlak olan və yaralananlar olmuş, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.
      10 oktyabr Moskva birgə bəyanatı, 18 oktyabr Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və 24 oktyabr tarixində Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən pozulur. Bu, növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir. Görünür, Ermənistan Baş nazirinin bəyan etdiyi kimi, bu ölkə münaqişənin diplomatik həlli yolunu görmür və başlıca məqsədi Azərbaycanın ərazilərinin hərbi işğalını davam etdirməkdir. Azərbaycan öz öhdəliklərinə sadiqdir və razılaşdırılmış humanitar atəşkəsə hörmət nümayiş etdirir. Atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.
      Cənab Ali Baş Komandanımızın dediyi kimi Azərbaycanın işi haqq işidir.Biz bu müharibədə zəfər çalacağıq.Qarabağ Azərbaycandır!


 Ələsgərova Elmira,
16 nömrəli tam orta məktəbin direktoru

Keçidlər